Özü Olmaq

0
4579
Özü Olmaq

İnsan nə üçün yaşayar? Əlbəttə hər kəsin bu suala özünə görə cavabı vardır. Bertrant Russel ... Mən 3 şey üçün yaşadım : "Sevgi, Həsrət Və İnformasiya axtarışı". Mənim bu suala cavabımisa var olmaq üçün yaşamaqdır. Baxınki ilkin cəmiyyətdən günümüz modern cəmiyyətə gələndə qədər insan övladı öz içindəki münaqişələrdə hər zaman təbii bir təkamül yaşamışdır. Güclü hisslər gücsüzləri əngəlləmiş və modern insan profilini ortaya çıxarmışdır. Bu gün bu modern insanı sosial sahədə bir axtarış və özünü təsdiqləmə mübarizəsi içində görürük. Etdiyi mübarizə var olmaq və özünü sübüt etmək üçündür.
 
Yeniyetməlik.....
Yeniyetmə şəxsiyyətin inkişaf dövrünün ən çətin və böhranlı zamanlarının olduğu , qardaşımın Universitetdə müəlliminində dediyi kimi bəlkədə inkişaf dövrünün ən dəliqanlı dövrüdür .(bu böyüklərin gözündə yeniyetməliyin tərifidir) Vəziyyətə birdə bio-psixi və sosial tərəfdən baxmaq gərəkməzmi ?
 
Yeniyetmə sözü , Latıncada böyümək , yetkinləşmək mənasında istifadə olunan " adolescent" feilində olub bir vəziyyəti deyil müddəti ifadə edir. Bu müddətdə bir neçə fizioloji dəyişikliklər yaşanmaqdadır. Fizioloji dəyişikliklərlə əlaqədar olaraqda yeniyetmələrdə emosianal halların daha çox tüğyan ediyi zamandır.
 
Yeniyetmələr bir tərəfdən yeni bədən mövhümunun öhdəsindən gəlməyə çalışarkən bir tərəfdəndə cəmiyyət içində və xaricində özünü sübut etməyin içinə düşməkdədir.Psixodinamiklərin yanaşmalarına görə fərdiləşib-ayrılıma dövrünün xarakteristik dönəmlərindən biridir. Fərdiləşib-ayrılma yeniyetmənin şəxsi inkişafını dəstəkləyən , şəxsi bütövlüyünü təmin etmədə onu sosial sahədə boy göstərəcək vəziyyətə gətirən bir qalxandır. Cəmiyyət içində söz sahibi olmaq , düşüncələrini açıqca ifadə edə bilmək , dost seçimini özü edə bilmək ...kimi şəxsi hüquqları əldə edə bilmək üçün bu dövrdə yeniyetmə və valideyn arasında mövzularda anlaşılmazlıqlar çıxar. Bu səbəbdən ailələrin yeniyetməlik dövrünü yaxşı təhlil etmələri gərəkdir. Yeniyetmə bir tərəfdən fizioloji dəyişikliyi qəbul etməyə çalışırkən bir tərəfdəndə psixoloji inkişafı tamamlama səyi içində olmaqda və bunu sosioloji mənada eyniləşdirməyə çalışmaqdadır. Bir qrupa daxil olmaq dostları tərəfindən qəbul edilmə ....kimi şəxsi inkişaf dönəmini tamamlamağı istəməkdədir. Bunu ailələr çox yaxşı şəkildə analiz etməli və övladlarına dəstək olmalıdırlar.
 
Fərdilik , şəxsiyyətin öz şəxsiyyət bütövlüyünü yaratmaq və azadlığını ortaya qoyma qayəsindən artıq bir şey deyildir. Fərdiliyin bu dövrdə sağlam bir şəkildə qazanılması yeniyetmənin sosial , məntiqi və psixoloji inkişafına təsir edir. Şəxsiyyət strukturunun qorunması üçün şəxsilik hər bir şəxsdə olması gərəkli ehtiyac daxilində əsaslandırılmalıdır. Yoxsa qalibiyyət və azadlıq kimi psixoloji tələbatlar qarşılanmaz , qarşılansa belə şəxsiyyətin yaxşı olma halına fəaliyyət göstərməz.Valideynlər olaraq övladımızın bu həssas inkişaf dövrünü ən yaxşı şəkildə keçirməsi üçün ona qarşı daha anlayışlı olmalı və qarşılıqlı sərhədlərimizi yaxşı çəkməliyik. Şəxsi inkişaf qayələrini dəstəkləməli , şəxsi inkişafı üçün ona söz haqqı verməliyik . Unudulmamalıdır ki, sağlam cəmiyyətlər , ruhi sağlamlığı yerində olan şəxsiyyətlərlə inşa edilir.
 
Emilə Russonun "bir uşaq böyüyür"...kitabında dediyi kimi yaşadığımız müddət boyunca insanlar tərəfindən təlimlənirik və bizə təsir edən hadisələrdən əldə etdiyimiz təcrübələrlə yetkinləşirik. Bizə təlim verən insanların bizim üçün çəkdiyi yol ilə planımıza uyğun olan yol zidd tərəfləri işarə etdiyində isə ruhi qarşıqlar yaşayırıq. Getməyimizi istədikləri yolun sonu bizə xoşbəxtlik gətirməyəcək , ancaq digər yolda getməyimiz üçündə təşviq edilmirik. Həyatımız boyunca belə vuruşduğumuz və dalğalandığımız üçün öz özümüzlə yola getmədən, nə özümüz üçün nədə başqaları üçün yaxşı şeylər etmirik.
 
Uşaqları bacarıqlarını ortaya çıxarmaları və olmaq istədikləri şeyi olmaları üçün azad buraxmalıyıq . Biz onlara hakim , əsgər yada din adamı olmaları deyil yaşamağı öyrədə bilərik və onlar hər hansı bir peşəyə sahib olmadan qabaq insan olmalıdırlar. Çünkü bir insan nə olmaq istəyirsə yada nə olması gərəkirsə onu ola bilər,sonra istəməyib , başqa bir şey ola bilər , amma o daima özü olaraq qalacaqdır.
 
 

Tərcümə etdi : Ləman Tapdıqlı 
 

ŞƏRH YAZIN