Mövlanədən Həyat Dərsləri

0
3040
Mövlanədən Həyat Dərsləri

Bir dəfə ingilis yazıçı Konan Doyl (1859-1930) Parisə gəlir. Vağzalda ona taksi sürücüsü yaxınlaşaraq onun əlindən çemodanı alır, yalnız maşına əyləşəndən sonra deyir:

- Sizi hara aparım, misye Konan Doyl?

- Siz məni tanıyırsınız?- yazıçı soruşdu.

- İlk dəfədir ki, görürəm- deyə sürücü etiraf etdi.

- Mənim Konan Doyl olduğumu hardan bildiniz?

- Mən sizin deduktiv metodalarınızdan istifadə etdim. 

İlk növbədə mən qəzetlərdə oxumuşdum ki, iki həftədir ki yazıçı Konan Doyl Fransada-Riveredə istirahət edir. İkincisi, mən fikir verdim ki, siz Marsel qatarından düşmüsünüz. Sonra fikir verdim ki, sizin dəriniz yalnız Aralıq dənizi sahilində 10 günlük istirahət zamanı bu cür qarala bilərdi. Sağ əlinizin orta barmağındakı mürəkkəb ləkəsindən nəticə çıxardım ki, siz yazıçısınız. Gəzmək tərzinizə görə həkimə bənzətdim, geyiminiz də Londondandır. Bütün bunlardan sonra mən dedim: “Budur, Şerlok Holmsun yaradıcısı - dahi Konan Doyl.”

Sürücünün bu izahından özünü itirən K.Doyl deyir:

- Siz demək olar ki, elə Şerlok Holmsunuz. Belə xırda detallardan bu cür nəticəyə gəlmisiniz.

-Elədir ki, var, lakin mən bir xırda detal haqqında sizə demədim.

- Hansı detal?- Doyl soruşdu

- Sizin çemodanın üzərindəki yarlıqda böyük hərflərlə sizin adınız və soyadınız yazılıb.

 

ŞƏRH YAZIN