Məşhur Şəxslərdən Maraqlı Cavablar 2-Ci Hissə.

0
12206
Məşhur Şəxslərdən Maraqlı Cavablar 2-Ci Hissə.

Bernard Şou ilə Çörçilin qəti arası yox idi. Hər zaman bir-biri ilə tikanlı-tikanlı danışarmışlar. Bir gün Bernard Şou müəllifi olduğu pyes əsasında hazırlanan tamaşaya Çörçili dəvət edir və məktubda belə yazır: “Sizə iki nəfərlik yer ayırdıq. Özünüzlə dostunuzu da götürə bilərsiniz. Təbii ki, əgər dostunuz varsa”.Çörçil məktubu oxuyan kimi belə cavab yazır: - Həmin gün başqa bir yerə dəvətliyəm. Təəssüf ki, gələ bilməyəcəyəm. Amma tamaşanız ikinci dəfə göstəriləndə mütləq gələrəm. Təbii ki, əgər tamaşanız ikinci dəfə göstərilmək gücündədirsə..   

*** 
 
Böyük alim Qaliley həm də qulaqlarının böyüklüyünə görə seçilirdi. Bir gün müasirlərindən biri ona sataşmaq üçün deyir:
- Cənab Qaliley,qulaqlarınız bir insan üçün elə bil bir az böyükdür. Bunun fərqindəsiniz?
Qalileyin cavabı:
- Doğrudur. Amma sizin qulaqlarınız bir eşşək üçün elə bil bir az kiçikdir. Bəs siz bunun fərqindəsiniz?!  
 
***
 
Tədbirlərin birində bir adam şair Məhmət Akifi aşağılamaq istəyir və ondan soruşur:
-Bağışlayın bəy, siz baytarsınız?
-Bəli baytaram,bir yeriniz ağramır ki?    
 
***  
 
Cümhuriyyətin elanından sonra İstanbulda rəsmi mərasim keçirilirdi. Bu zaman xarici ölkələrin bütün səfir və nümayəndələri Atatürkü təbrik etməyə gəlir. Yığıncaq başlayandan,Atatürk ingilis səfirin ona hədə ilə baxdığını hiss edir. İş o yerə çatır ki, köməkçisini onun yanına göndərib səbəbini soruşmaq istəyir. Köməkçisi bu cavabla qayıdır:
 
- Səfir dedi ki, o, Çanaqqala savaşında mənim atamı öldürüb.
Mustafa Kamal cavabında:
- Sən get ondan soruş ki, onun atasının Çanaqqalada nə işi var idi.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN