Qonşuluğun Yeni Adı: Zaman Bankı

0
1790
Qonşuluğun Yeni Adı: Zaman Bankı

İtalyanların könüllü qeyri-hökumət təşkilatlarını həmişə təqdir etmişəm. Ancaq İtalyan cəmiyyətinin köhnə qonşuluq əlaqələrini itirincə bunu bank quraraq həll etməyə çalışmaları məni heyrətə saldı.Səhv başa düşmüyün, bildiyimiz bank deyil; zaman bankı. Banka pul yerinə zamanınızı yatırırsız. Sizə bir hesab açırlar. Hesab pul qabınızda yatırdığınız zaman miqdarı yazılır. Əlinizdə çek dəftəriniz. Zamanınızı gülə gülə xərcləyin.İşin püf nöqtəsi də elə burdadı.

Zamanı özünüz üçün deyil, ehtiyacı olan digər bank müştəriləri üçün göstərirsiniz.Bir növ qonşuluq əlaqələrinin,ictimai fəaliyyətin  sosial-köməkləşmənin yaradılmasıdır. İtalyanın Roma, Baloniya kimi böyük şəhərlərində məhəllə anlayışının çox qalmadığı, eyni mənzildə yaşayan qonşuların bir-birini tanımadığı, yaşlıların hər keçən gün daha tək, fəaliyyətsiz, təqaüdçülərin məşğuliyətsiz qaldığı ortaya çıxınca belə bir banka ehtiyac duyulduğuna qərar verilmişdir. Bank müştəriləri əllərindən nə gəlirsə digər müştərilərin xidmətinə təqdim edirlər; kran təmiri, uşaq baxımı, tikiş, sürücülük, katiblik, bağbanlıq,fəhləlik,kompüter, xarici dil, riyaziyyat, musiqi və s. dərs vermək. Bankların işləməsinə ya qurulan dərnəklər və ya bələdiyyələr cavabdehdir.
 
Nəzarəti də bu təşkilatlar edir. Təbii kimsə evinə gələn kran təmircisinin oğru çıxması riskinə girmək istəmir. Bir nümunə verək: Anna iki saat Mariyanın uşağına pulsuz baxır və bu, hesab onun pulqabına yazılır. Qarşılığında evdə təmirə ehtiyacı olduqda və ya kompüter dərsi almaq istəyirsə banka müraciət edir,pulsuz bu xidmətlərdən istifadə edir. Zaman bankı üçün əhəmiyyətli olan, hesabınızı bərabərləşdirməkdir: başqalarının köməyindən istifadə edərək onun zamanından 5 saat aldınızsa, öz zamanınızdan da 5 saat verməniz lazımdır.
 
Təbii bunun eyni vaxtda olması lazım deyil. Ayrıca bir mənada zaman və xidmət mübadiləsi olaraq adlandıra biləcəyimiz bu prosesin eyni kəslər arasında keçməsi də lazım deyil. Zaman Bankında verilən xidmətlərin tək ölçüsü, xərclənən zaman etibarilə bir saatlıq uşaq baxımıyla bir saat davam edən kran təmiri eyni dəyərdədir. Bütün İtaliyada hələ də 200-dən çox zaman bankı var. Zaman bankının ilk qurulduğu şəhər Parmadır. İlk dəfə vaxtını nə edəcəyini bilməyən təqaüdçülər arasında qurulmuş, ancaq bu gün zaman banklarının 65%i çalışan insanlar: işçilər, müəllimələr,məmurlar, tələbələr, sərbəst peşə sahibləri,təqaüdçülər və ev qadınlarıdır. Romadakı zaman bankının 3 min müştərisi var və getdikcə artır.
 
Zaman bankı sayəsində fərqli yaş qrupları arasında ictimai əlaqələr inkişaf edir. 20 yaşında olan gəncin 60 yaşındakı təqaüdçüyə kompüter dərsi verməsi kimi. Ya da avtomobili olmadığı üçün arada bir sağa sola aparılmaq üçün kömək istəyən yaşlı qadının bunun qarşılığında bank üzvlərindən istəyənə yemək ya da şirniyyat etməsi kimi.Baloniyada bu tətbiq üzərinə edilən araşdırmalarda zaman bankı sayəsində yeni yoldaşlıq bağlarının ortaya çıxdığı, özlərini cəmiyyətdən təcrid hiss edən bəzi ailələrin bu şəkildə sosiallaşa bildiyi, yaşlıların özlərini yenidən ictimai quruluş içində faydalı hiss edə bildikləri və qonşuluq hisslərinin yenidən canlandırıla bildiyi ortaya çıxır. Bu işə cəhd etmək istəyənlərə bələdiyyələrin ən əhəmiyyətli tövsiyəsi, işə öz məhəllələrindən tanıdıqları insanlarla təşkilatlanaraq başlamalarıdır. Qonşuluqların zaman bankını qurulub inkişaf edəcəyi kimin ağlına gələrdi?
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN