Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (3-Cü Hissə)

0
3663
Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (3-Cü Hissə)

Daha az stress yaşamaq istəyirsənsə,o zaman vaxtını düzgün idarə etməyi biləcəksən.Hər gün vaxtında sona çatdırmalı olduğun çoxsaylı işlərdən artıq bezmisən? İşlərinə kifayət qədər vaxt ayıra bilməməkdən şikayətlənirsən? Böyük ehtimal ki,sən çox yaxşı bilirsən ki,əgər vaxtdan düzgün istifadə etsən bu zaman daha çox uğur qazanmış olacaqsan,bu həm də,sənin sağlamlığına müsbət təsir edən bir haldır.Vaxtdan səmərəli istifadə etməklə sən həyatındakı stresi azaltmaqla yanaşı,həm də həyat keyfiyyətini daha da yüksəltmiş olacaqsan.
Təşkilati bacarıqlar insanda öz-özünə yarana bilmirsə,bu zaman biz uğur qazanmaq üçün nələr etməliyik?
Başlamaq vaxtıdır !

Aşağıda göstərilən vasitələri həyatınıza 2 və ya 4 həftə ardıcıl olaraq tədbiq edin və  sizə nə dərəcədə kömək etdiyinə özünüz şahid olun.
 
Hər gün plan qur.
Günü palnlaşdırmaq sizə daha çox tapşırığın öhdəsindən gəlməkdə və həmçinin,həyatınıza düzgün nəzarət etməkdə yardımçı olacaq.Özünüzə “görüləsi işlər” cədvəli qurun və bu cədvəldə ən vacib işləri yuxarı hissədə qeyd edin.Bu sizi işlərinizi son ana saxlamaqla yaranan tələskənlik və gərginlik kimi vəziyyətlərdən də xilas edəcək.
 
İşləri prioritetləşdir.
Bir o qədər də vacib olmayan işlər vaxtınızın mühim bir hissəsini əlinizdən ala bilər.İşlərin prioritetləşdirilməsi sizə həqiqətən vacib olan işlərinizə diqqətinizi yönəltməkdə yardımçı olacaq.
 
Vaxtını keyfiyyətli işlər görməyə sərf et.
İşinizi görməyə başlarkən çalışın onu bir dəfəyə və düzgün formada icra edin,yəni,işi görməzdən əvvəl düzgün araşdırma aparın.Bir işə bir neçə dəfə təkarar qayıdaraq yaranmış səhvləri düzəltmək sonda vaxt itkisi ilə nəticələnə bilər.
 
“10 dəqiqə” qaydası.
Əgər yerinə yetirməyə çalışdığınız tapşırıq çox çətindirsə,həmin tapşırığı müəyyən hissələrə bölərək gündə yalnız 10 dəqiqə onun üzərində işləyin.Artıq işə başlayarkən görəcəksiniz ki,siz həqiqətən də bu tapşırığı bitirə bilərsiniz.
 
Lazım olduğu qədər yat,sağlam qida qəbul et və müntəzəm olaraq idmanla məşğul ol. Sağlam həyat tərzi heç şübhəsiz, sizin effektiv iş görmə bacarığınızı daha da inkişaf etdirməklə diqqətinizi toplamağa kömək edəcək və bununla da siz işlərinizin icrası üçün daha az vaxt sərf etmiş olacaqsınız.
 
Lazım olduqda fasilə et.
Həddindən artıq stress işlərinizin düzgün təşkilinə mane ola bilər.Özünüzü yorğun hiss etdikdə dərhal fasilə edin.Əgər iş başındasınızsa,bu zaman bir az  fiziki hərəkətlər etməklə yorğunluqdan xilas ola bilərsiniz.Bununla belə,əgər enerjinizi yenidən bərpa etmək üçün məzuniyyətə ehtiyacınız varsa,tətilə çıxın.

Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN