Vaxtı İdarə Etməyin Ən Asan Yolları!

0
2164
Vaxtı İdarə Etməyin Ən Asan Yolları!

Bəzən vaxtın idarə olunmaması stress yaşamağımıza gətirib çıxarır. Siz də hər gün vaxtında sona çatdırmalı olduğunuz çoxsaylı işlərdən artıq bezmisiniz? İşlərinizə kifayət qədər vaxt ayıra bilməməkdən şikayətlənirsiz? Böyük ehtimal ki, siz çox yaxşı bilirsiniz ki, əgər vaxtdan düzgün istifadə etsəniz, bu zaman daha çox uğur qazanmış olacaqsınız. Bu həm də, sizin sağlamlığınıza müsbət təsir edən bir haldır. Vaxtdan səmərəli istifadə etməklə siz həyatınızdakı stresi azaltmaqla yanaşı, həm də həyat keyfiyyətinizi daha da yüksəltmiş olacaqsınız.

Təşkilati bacarıqlar insanda öz-özünə yarana bilmirsə, bu zaman biz uğur qazanmaq üçün nələr etməliyik? 

Başlamaq vaxtıdır! Aşağıda göstərilən vasitələri həyatınıza 2 və ya 4 həftə ardıcıl olaraq, tətbiq edin və  sizə nə dərəcədə kömək etdiyinə özünüz şahid olun:

Hər gün plan qur;Günü planlaşdırmaq sizə daha çox tapşırığın öhdəsindən gəlməkdə və həmçinin, həyatınıza düzgün nəzarət etməkdə yardımçı olacaq. Özünüzə “görüləsi işlər” cədvəli qurun və bu cədvəldə ən vacib işləri yuxarı hissədə qeyd edin. Bu sizi işlərinizi  son ana saxlamaqla yaranan tələskənlik və gərginlik kimi vəziyyətlərdən də xilas edəcək.

İşləri prioritetləşdir;Bir o qədər də vacib olmayan işlər vaxtınızın mühüm bir hissəsini əlinizdən ala bilər. İşlərin prioritetləşdirilməsi sizə həqiqətən vacib olan işlərinizə diqqətinizi yönəltməkdə yardımçı olacaq.

Vaxtını keyfiyyətli işlər görməyə sərf et; İşinizi görməyə başlarkən, çalışın onu bir dəfəyə və düzgün formada icra edin, yəni, işi görməzdən əvvəl düzgün araşdırma aparın. Bir işə bir neçə dəfə təkrar qayıdaraq, yaranmış səhvləri düzəltmək sonda vaxt itkisi ilə nəticələnə bilər.

“10 dəqiqə” qaydası; Əgər yerinə yetirməyə çalışdığınız tapşırıq çox çətindirsə, həmin tapşırığı müəyyən hissələrə bölərək gündə yalnız 10 dəqiqə onun üzərində işləyin. Artıq işə başlayarkən görəcəksiniz ki, siz həqiqətən, də bu tapşırığı bitirə bilərsiniz.
 
Lazım olduğu qədər yat, sağlam qida qəbul et və müntəzəm olaraq idmanla məşğul ol. Sağlam həyat tərzi heç şübhəsiz, sizin effektiv iş görmə bacarığınızı daha da inkişaf etdirməklə,  diqqətinizi toplamağa kömək edəcək və bununla da, siz işlərinizin icrası üçün daha az vaxt sərf etmiş olacaqsınız.

Lazım olduqda fasilə et ; Həddindən artıq stress işlərinizin düzgün təşkilinə mane ola bilər. Özünüzü yorğun hiss etdikdə dərhal fasilə edin. Əgər iş başındasınızsa, bu zaman bir az  fiziki hərəkətlər etməklə, yorğunluqdan xilas ola bilərsiniz, bununla belə, əgər enerjinizi yenidən bərpa etmək üçün məzuniyyətə ehtiyacınız varsa, tətilə çıxın.

 

 
Korrektor: Əhmədova Sevinc

 

ŞƏRH YAZIN