Vaxtının Ağası Ol

0
4371
Vaxtının Ağası Ol

Bir yazıçı, "Həyat, getdiyi qədər var. Gerisi ya yaddaşlarda xatirə və ya xəyallarda ümiddir. Kədəri isə tək yerdə qəbul edirəm, yaşamaq mümkünsə yaşamamış olmaqda" demiş. Elə buna görə də hər anı səmərəli və gözəl yaşamaq lazımdır. Hər il bitərkən geri qalan vaxtların hesabatı aparılır. Zaman bizdən nə aldı, zaman bizə nə verdi? Yaşamaq mümkünkən yaşaya bilmədiyiniz ümidləri və hədəflərimizi yeni ildə reallaşdıracağımızı xəyal edərik. Hələ ki 2012 ili, hər kəsin əkdiyini biçəcəyi bir dövrün başlanğıcı kimi səciyyələndirilir. Bu da bizə çox mühüm bir şeyi işarə edir, axıb keçən zamanın qiymətinin məlum olub, səmərəli istifadə etməsi lazımdır.Bir mahnıda deyildiyi kimi "axıb keçən zamanları bir yerlərdə tapsam, sonra təəssüflənsəm təəssüfləndiyimə təəssüflənsəm " Məhz belə hiss etməmək üçün, xüsusilə bu ili başa vurub, yeni başlanğıclara addım atarkən dayaq nöqtəmiz zamanı necə idarə edəcəyimiz olsun.

Zaman, hökm etdiyin qədər sənindir. Əks halda, keçib gedər və səni heç bir yerə aparmaz. Zamana asılı olduğumuz üçün, onu səmərəli istifadə etməyi və nəzarət etməyi bilməliyik. Yaşadığımız bu gün, dünən gecələrin sabahları. Buna görə qarşımızda sonsuz "hal-hazırda"lar və "bu anlar" var.Buna görə də zamanı düzgün istifadə etməyə dərhal indi başlamalıyıq. Zaman, hamı üçün bərabər axıb gedər. Yəni, bir gün, 24 saat, bir həftə, 7 gündür. Parkda vaxt keçirən bir təqaüdçü ilə bir elm insanı üçün də zaman eynidir. Buna obyektiv zaman hesabı deyilir. Bu saat ilə ölçülür. Subyektiv zaman hesabı isə, gözəl keçirilən zamanların qısa, gözəl keçməyən zamanların uzun olaraq hesab edilməsidir. Qısası, hiss edilən vaxtdır. Zamanı idarə etmənin müəyyən qaydaları vardır. İndi aşağıda bunları qiymətləndirək:

1.Prioritetlərini Müəyyən Et:Vaxtını və enerjinin nə qədərini sosial fəaliyyətlərə, işlərinə və dincəlməyə ayıracağını müəyyən etmək lazımdır.

Montaigne, “Hədəfi olmayan gəmiyə heç bir səmt küləyidə kömək edə bilməz”deyir, bu üzdən bizi hədəflərimizə aparacaq prioritetləri müəyyən edib, başlamağımız lazımdır. Bunun ilk şərti iş planı keçirməkdir. İş planı içərisində vaxt cədvəli istifadə edərək, əvvəla işləriniz üçün xərciniz lazım olan müddəti hesablaya bilərsiniz.
 
* Növbəni mühüm və çətin işlərə verin, beləcə ara verdiyiniz zamanlarda sevdiyiniz işlərlə məşğul olaraq aktiv bir zaman keçirdə bilərisiniz.
 
* İşləri edərkən, qısa zaman fasilələrində geriyə dönüb nəzarət edin. Ən sondan əvvələ qayıtmaq hər zaman daha çox vaxt alacaq.
 
* Zaman nəzarəti yaradın və görəcəyiniz hər iş üçün tamamlama saatı və tarixi müəyyənləşdirin.
 
* Hər gün və hər həftə sonunda bu işləri vaxtında bitirib-bitirmədiyinizə nəzarət edin. Bir işin aparılmasından əldə ediləcək fayda əhəmiyyətlidirsə və çox vaxt tələb etmirsə o işi etmək növbəniz olmalıdır.
 
* Gün ərzində keçirilməsi şərt olanlar, edilməsi lazım olanlar və edilsə yaxşı olacaqlar kimi prioritetlər qrupu yarada bilərsiz. Arada, təcili çıxa biləcək işləri də nəzərə alın.Vacib işlər hər zaman əhəmiyyətli olmaq məcburiyyətində deyil ancaq dərhal edilib yetişdirilməsi lazımdır və saxlanılmamalıdır.
 
* Zamanınızı və prioritetlərinizi müəyyən edərkən , təcili işlər üçün əlavə müddət saxlamağınızda fayda vardır , beləliklə,zamanınızı alan ən böyük faktorlardan biri müəyyən olunmuş və ələnmiş olur.
 
2.Sistematik İdarə Et: İnsanların hədəflərini qısa, orta və uzun müddət olaraq üçə ayırmaq olar. Qısa müddətli hədəflər gündəlik, həftəlik və sonra aylıq olaraq dəyərləndirilir. Bu müddət ərzində etməyimiz lazım olan işləri əhəmiyyətli olanlar sırasına və hədəflərimiz istiqamətində etməyimiz uyğun olacaqdır. Yuxu, idman, yemək yemək, işə gəliş-gediş, işləmək saatları, yolda xərclənən zaman və ictimai fəaliyyətlər üçün günləriniz və həftələr proqramlı olmalıdır. Günə bunları və prioritetlərinizi müəyyən edərək başlasanız, işlərinizi tələsmədən edə bilərsiz. Əgər nizamlı yaşamağa öyrəşərsizsə, bütün bunlar üçün kifayət qədər vaxtınız olduğunu fərq edərsiniz. Ətrafımızda daim heç bir yerə çata bilmədiyindən şikayətlənən, çox işləyib, çox yorulan amma məqsədlərinə nail olmayan insanlar var. Bu insanların ən böyük səhvi, vaxtı yaxşı idarə etməmələridir. Henri Fordun dediyi kimi "kiçik planlara bölsəniz, heç bir iş çətin deyil". Çünki qısa müddətli planınız yaxşı idarə edimi, sizi orta müddətli zaman planlaşdırmasında uğura aparır. Məsələn, hər səhər erkən qalxmağı təxirə salaraq yarım saatda gedə biləcəyiniz iş yerinizə, 15 dəqiqə daha yatmaq uğruna 1 saat 15 dəqiqədə gedirsinizsə, gününüzün%4ünü daha ən başdan itirmiş olursunuz. Gün ərzində etdiyimiz bu kiçik, amma əhəmiyyətli dəyişikliklər bizim orta müddətli planımızda mühüm rol oynayırlar. Orta müddətli planlar, vərdişlərimizin nizamlı olması ilə səmərəli olur. Atılacaq ilk addım, illik bir gündəlik əldə etməyimiz ola bilir. Bu illik planlarda tələsik olmamaq, səbrli davranmaq və fədakarlıq göstərmək lazımdır. İllik bazasındakı planların müddəti uzun olacağından elastiklik gözlənilməlidir.
 
Uzunmüddətli planlarda isə zamanın səmərəli istifadəsinin analizini aparmaq lazımdır. Hədəflərə gedilən yolda, düzgün hərəkətlər alınaraq bu təmin edilir. Uzunmüddətli planlar üç il və sonrası olaraq təsvir oluna bilər. Həftəlik, aylıq və illik planların nə dərəcədə olduğuna baxaraq qiymətləndirmə aparmaq və realist olmaq, bizi uzun müddətli yol planımızda rahat etdirir. Bitməsi və ya aparılması lazım olan bir işin,normaldan daha tez olmasını gözləmək, bizi realizmdən və səmərəli nəticələrdən uzaq saxlayır. Məsələn, bir uşağın altıncı ayda anadan olmasını istəyirsinizsə, vaxtından qabaq doğulmuş uşaq doğur, bizi olması lazım olan nöqtədən uzaqlaşdırır və başqa problemlərə səbəb olur.
 
3.Planlı Ol: Planlaşdırmaq, həyatın hər bir nöqtəsində əhəmiyyət daşıyır. Planlayaraq qısa zamanda çox iş görmək olar. Həm sosial zamanlarda həm iş vaxtlarında edilməsi lazım olanlar balanslaşdırılmalıdır. Plan qurmaq bunu təmin edir. İşləriniz üst-üstə düşməz və bu günün işini sabaha qalmaz. Zaman səmərəli hala gələr və istədiyiniz hər şeyə vaxt ayıra bilərsiz. Başladığınız işləri tamamlamaq və gecikdirməmək bu məqamda əhəmiyyət daşıyır. Təxirə salınan hər iş, gözünüzdə böyüdükcə böyüyür, lakin görüləsi işlər hələ görülməmiş olaraq qalacağı üçün bu, sizin sıxıntı səviyyənizi artırmağa yol açır. Etməkdə çətinlik çəkdiyiniz və sevmədiyiniz işləri, enerjiniz yüksəkkən edin və prioriteti bu işlərə verin.
 
 Lazım olan işləri mümkün olan ən yaxşı şəkildə planlı etmək,
 Lazımsız işlərdən xilas olmaq,
 Vaxtınızı görəcəyiniz işlə bağlı xərcləmək,
 Vaxtınıza və enerjinizə yaxşı nəzarət etmək.
 
Bizim yaradacağımız planın başlıca prinsipləridir. Bu planlar uğura çatdıqca özümüzə mükafatlar qoya bilərik. Bu da bizə motivasiya təmin edəcəkdir. "Bir iş hər zaman özünə ayrılan müddətin hamısını əhatə edəcək şəkildə uzanar", - deyən Parkinson Qanununu nəzərə alaraq, işlərə lazım olandan çox vaxt ayırmamalıyıq. Bu da ancaq realist və ağıllı planlaşdırmaqla olur. İlk səfərdə keçirilməsi lazım olan işi, düzgün, qüsursuz görmək və işi bitirmək üzrə bütün fikrini yükləmək bizim üçün ən uyğun planlaşdırmadır.
 
4."Xeyr"in Gücü: Flory, "Ən böyük zaman oğrusu qərarsızlıqdır" demiş. Bu, hamımızın çox tez-tez rast gəldiyi problemdir. Qərarsızlıq, əgər bir insan xüsusiyyəti halını almışsa ən böyük zaman əsirlərindən birinə düşmüş deməkdir. Qərarsızlıq və buna bağlı olaraq yox deməmək, zaman rəhbərliyindəki ən böyük şəxsi uğursuzluq səbəblərindəndir. Yox deyə bilməyən və qərarsızlıq göstərən adam hadisələri uzadar. Bu da həqiqətən görüləsi işlərə başlamasını təmin etməz.
 
Bill Cosby, "Xoşbəxtliyin formulunu bilmirəm, amma bədbəxtliyin formulu, hər kəsi razı salmağa çalışmaqdır" deyir. İnsanların enerjisi və vaxtı, hər şeyi edə bilməyəcəyi üçün, prioritetimiz olmayan işlərə və tələblərə "xeyr" deməyi öyrənməliyik. Bu "xeyr" hər zaman kənardan gələn tələblər demək deyildir. Bəzən, öz kimliyimizdən də irəli gəlir.
 
Tənbəllik etmək və əl çəkmək, öz qarşımıza qoyduğumuz maneələrdir. Özümüzə də yox deməyimiz lazımdır. Bu gün yox deyə bilmədiyimiz istəklər üzündən gecikmək, sabah bizi uğursuz edəcəyi üçün əsəbləşməyimiz qaçınılmazdır. Bunun digər səbəblərindən biri də qərarsızlıqdır. "Yanlış qərar, qərarsızlıqdan yaxşıdır" sözü, bu vəziyyəti çox yaxşı ifadə edir. Yox deməmək və bunun kimi bir sıra qeyri-müəyyənliklər öz içimizdə bizə mane olar. Bunlardan qaçmaq üçün problemləri xarakterizə edib, üzərində düşünmək lazımdır. Yekun qərarları tək başınıza almaq əvəzinə, güvəndiyiniz və fikirlərinə dəyər verdiyiniz insanlardan soruşun. Sonra verdiyiniz qərarları həyata keçirmək üçün vaxtı yaxşı istifadə edin və çox çalışın.
 
Digər mənfi xarakter xüsusiyyəti isə mükəmməliyətçi şəxsiyyətlərdir. Volter, "Ən yaxşı yaxşının düşmənidir" deyir. Ən yaxşını axtarmaq, həmişə mükəmmələ çatmaq üçün çalışmaq bizi heç nədən razı qalmayan, işləri tamamladıqdan sonra belə xoşbəxt olmayan, qüsur axtaran, detallarda boğulan fərdlər edər. Bu da işlərin həddindən artıq zamanda və tələbatdan artıq enerji sərf edərək aparılmasına yol açır. O an üçün, edə biləcəyinin ən yaxşısını etmək, real məqsədlər qoymaq və səhvləri qəbul etmək lazımdır.
 
5.Zaman Oğrularından Uzaq Dur: "Ən böyük oğru, zamandan vurandır". Colenso, bu fikrini deyərkən, əslində gündəlik həyatımızda qarşılaşdığımız və yaşadığımız ən böyük çətinliyi dilə gətirir. Vaxtımızı pis istifadə etməyimizə yol açan amillər, bizi uğursuzluğa aparar. Bunlar hər zaman mənfi amillər deyil. Siz, heç səhər 15 dəqiqə daha uzun səhər yeməyini yemək  üçün, əhəmiyyətli bir tədbirə vaxtında gedə biləcəyiniz halda, son dəqiqə qaça-qaça qan tər içində yetişdinizmi? Əminəm ki, bir çoxumuz belə hadisələr yaşamışıq.Sevmədiyimiz və istəmədiyimiz halları gecikdirmək, özünü həddindən artıq işə vermək də digər problemlərdir.
 
Vaxtı yaxşı idarə edərkən, işlərimizə vaxt ayırdığımız kimi psixologiyamızı yaxşı saxlamaq üçün idmana, sevdiklərimizə və sosial həyatımıza da eyni qayğını göstərməliyik və balanslı tutmağımız lazımdır.Zaman vampirləri var. Bunlar vaxtımızı parçalayar, enerjimizi alar, iş planımızı ləngidərlər. İnformasiya əsrində yaşadığımız üçün ən çox istifadə etdiyimiz vasitə olan telefonun və bunun kimi bir sıra rabitə və sosial media vasitələrinin lazımsız istifadəsi, vaxt itkisinə yol açır. İş vaxtındakı telefon danışıqlarını planlaşdırmanız və söhbət məqsədli istifadə etməməyəniz görə ən sadə yollardır. Digər bir zaman oğurlayanı isə gözlənilməyən ziyarətçilərdir. Günün əvvəlində planlaşdırdığınız bütün işləri təxirə saldırar və ya gecikdirirlər. Bu da başqa problemlər doğurar. Gözlənilməz ziyarətçilərə qarşı alınacaq ən yaxşı tədbir, ziyarətlərin qısa tutulmasıdır.
 
Ən sıx rast gəlinən və həlli bütövlükdə əlimizdə olmayan zaman oğrusunu sona saxladım; İclaslar. İnsanın bir şeyə fikrini yükləmə müddəti 26 dəqiqədir. Bu üzdən bir saatı aşan səmərəsiz danışıqlardan çəkinmək lazımdır. İclas gündəliyi mütləq əvvəlcədən müəyyənləşdirilməlidir. Təyin olunan gündəlik, maddələr halında sadalanmalıdır. İclaslara hazırlıqlı gəlinməli və iclasın məqsədi əvvəlcədən iştirak edəcək şəxslərə çatdırılmalıdır. Beləliklə,iclasın başlanğıc və bitmə müddəti müəyyən edilmiş olur. Görüşün başlama saatı, lazımlı hər kəsin iştirakı üçün doğru zamana uyğun gətirilməlidir, çünki başlanğıc saatının sallanması və əsas qatılması lazım olan adamların gec qatılması tez-tez rast gəlinən bir haldır.
 
Bütün insanlar üçün zamanın axarı eynidir və qaçınılmaz olaraq bir gün yekunlaşır. Bu səbəbdən zaman rəhbərliyini yaxşı aparmaq və təsirli istifadə etmək üçün doğru zaman hesabına ehtiyac var. Çünki zaman nə geri gətirilə bilər nə də geri döndürülə bilər. Herakleitos, "Eyni suda iki dəfə yuyunula bilməz" sözüylə bunu çox gözəl ifadə etmişdir.
 
Yeni bir ilə girərkən, hamı üçün səmərəli idarə edəcəkləri, uğurlu, sağlam və xoşbəxt zamanlar arzulayıram.
   
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN