Zaman Keçmədən Zamanı İdarə Edin

0
4031
Zaman Keçmədən Zamanı İdarə Edin

Geri dönüşü olmayan zamanı düzgün istifadə etmək həyatda fərq yaratmağın təməl açarıdır. Bəs zaman rəhbərliyi nə zamandan etibarən həyatımızın bir parçası olmalıdır? Beləliklə uşağınızı zaman rəhbərliyi ilə tanış etməyin vaxtı və üsulları...Zamanı düzgün idarə etmək hədəfə çatmaq uğrunda böyük əhəmiyyət daşıyır. Mütəxəssislər, 3 yaşından etibarən uşağa zamanın düzgün idarəetmənin öyrədilməsi lazım olduğunu söyləyir.

ZAMANI DÜZGÜN İSTİFADƏ EDƏN UŞAQ NƏ İSTƏDİYİNİ BİLİR
 
Vaxtını şüurlu istifadə edən bir uşağın qısa müddətdə səmərəli nəticələr verəcəyini vurğulayan Davranış Elmləri İnstitutu Strateji Tərəfdaşı İdarəetmə Müşaviri Həkim Pınar Bəlkıs Türkoğlu, bu məsələdə ana və atalara böyük vəzifələr düşdüyünü qeyd edir. Türkoğlu, "Valideynlər uşaqlarını çox yaxşı tanımalıdır. Verilən bir işi nə qədər bir zamanda bitirə bildiklərini, tapşırıqlarını nə qədər bir müddətdə edə bildiklərini müşahidə etməlidirlər. Bunun nəticəsində bir plan müəyyən edilməlidi. Uşağın vaxtını haralarda olduğunu itirdiyini müəyyən edərək, irəliləməlidirlər. Amma tətbiq etdikləri üsul uşağın da həzz almasını təmin etməlidi" deyir.
 
Məhz uşağa, zamanı düzgün istifadə etməyi öyrətmək üçün edilməsi lazım olanlar və zamanını yaxşı idarə edənlərin üstünlükləri.
 
Zaman idarəetməsi nədir?
 
Zaman bir-birinə əlavə olunmuş hadisələr seriyasıdır. Geri qazanmaq mümkün olmadığından çox dəyərlidir. Zamanı idarə etmək demək, hadisələrin hər birini gəlişigözəl yaşamaq əvəzinə, istədiyimiz nəticələri alacaq bir fürsət kimi dəyərləndirmək deməkdir. Qısa müddətdə maksimum performans əldə etməyimizi təmin edir.
 
Uşağa neçə yaşından etibarən vaxtını düzgün istifadə etməyi öyrətməliyik?
 
Kiçik yaşlardan etibarən uşağa zaman anlayışının nə qədər əhəmiyyətli olduğunu aşılamaq lazımdır. 3 yaşından etibarən zamanın düzgün istifadə etməyi uşağa öyrədə bilərik. Bunun üçün ailələrə böyük vəzifələr düşür. Evdə keçirəcəkləri kiçik fəaliyyətlər ilə uşağı bu barədə məlumatlandırmaq mümkündür. Məsələn, əvvəl tapşırıqlarını bitirib sonra televiziya izləməsi və ya yeməkdən əvvəl şirniyyat yeməməli üzərində aparılan söhbətlər uşağın həyatında ahəng yaradır. Nizamlı insan isə lazımsız vaxt itkisindən xilas olur. Zamanının dəyərini anlıyır, şüurlu olur. Bu şəkildə səmərə əldə edəcəyi üçün də motivasiyası da artar.
 
Uşaqda zaman idarəetməni təmin etmək naminə apardığınız tədqiqatlar hansılardır?
 
Müşavirlərin etdiyi üsullar daha səmərəli nəticələr doğurduğundan böyüklər üzərinə bu məsələdə uşağa qarşı artıq bir iş yoxdur. Uşağı vaxtını düzgün idarə etmə məsələsində ən yaxşı ailələr məlumatlandırıla bilər. Valideynlər ilk növbədə evdə bir nizamlılıq təmin etməlidirlər. Hər şeyin vaxtı olmalıdır. Yemək saatı, dərs çalışma saatı, televiziya izləmə saatı kimi. Bu zamanları ləngitməməlidilər.
 
Uşaq nəyi, nə zaman edəcəyini bilməlidir. Sərhədləri olmalıdır. Gündəliyi olmalıdır. Planlı və ardıcıl hərəkət etməlidir. Həmçinin uşağa kiçik tapşırıqlar verməlidirlər. Onlardan bu tapşırıqları müəyyən bir müddət ərzində yerinə yetirmələrini istəməlidirlər.
 
Uşağı sıxacaq tətbiqlərdən çəkinin
 
Valideynlərə və müəllimlərə uşağa zaman rəhbərliyi barədə təklif edəcəkləriniz nələrdir?
 
Uzun dövrlü nailiyyətlər qısa dövrlü bəzi fədakarlıqlar və intizam tələb edir. Bu barədə ana və atalara böyük vəzifələr düşür. Valideynlər uşaqlarını çox yaxşı tanımalı,verilən bir işi nə qədər bir zamanda bitirdiklərini, tapşırıqlarını nə qədər bir müddətdə edə biləcəklərini müşahidə etməlidirlər. Bunun nəticəsində də bir plan müəyyən etməlidirlər. Uşağın vaxtını haralarda itirdiyi müəyyən edilməlidir. Bunun qarşısı alınmalıdır. Lakin bu üsullar uşağı sıxacaq şəkildə deyil, onun da xoşuna gedecək şəkildə aparılmalıdır. Müəllimlərin bu mənada işi daha çətindir. Çünki birdən çox uşaq ilə məşğul olurlar. Unutmamaq lazımdır ki hər uşaq bir deyil. Hamısından eyni potensialı gözləmək səhv olar. Uşağı yaxşı analiz edərək yanaşmaq lazımdır. Ailələr ilə müəllim əməkdaşlıq içində olmalıdır. Bu mənada fikir mübadiləsi aparmaq uşağa münasibəti müəyyənləşdirmək məsələsində daha səmərəli nəticələr doğurur.
 
Dərs çalışarkən, imtahanlara hazırlaşarkən zamanı necə dəyərləndirməli?
 
Günümüzdə zamanı qiymətləndirmə imkanları sürətlə artır. Bu vəziyyət zamanı idarə etməyi bilən ana, ata və uşaqlar üçün hər gün yeni bir fürsət təqdim edərkən, hazırlıqlı olmayanlar üçün isə uğursuzluq və bədbinlik yaratmaq üzrə təhdid vəziyyəti yaradır. Bir çox şagirdə, "hansı məktəbi qazanmaq istəyirsən? sualına verəndə cavab ala bilirəm. Amma bu qədər rəqabət olan bir mühitdə əsl fərq yaradacaq olan "bu qədər çalışmağının  kifayət olduğundan necə əmin ola bilirsən? sualına nadir hallarda cavab alıram. Bu suala obyektiv, dəqiq cavab verən hər bir tələbə, potensialını maksimum çıxışa çevirəcək şəkildə hərəkət edib istədiyi nəticəni əldə edə bilir.
 
Uşaqları zaman idarəetməsi mövzusunda maarifləndirmək onlara necə uğurlar qazandırır?
Zaman idarəçiliyini bilən bir uşaq, nə istədiyinin və məsuliyyətlərinin fərqində olur. Bunları həyata keçirmək üçün hərəkətə keçir, qarşılaşdığı çətinliklər qarşısında geri çəkilmir, problemlərini öz həll edir və lazım olduqda yardım alır. Bunun təmin etmək üçün uşağın özünə güvənməsi lazımdır. İrəlidə ancaq bu şəkildə sağlam, balanslı, uğurlu və xoşbəxt bir yetkin olarlar.
 
Ana atalara təkliflər
 
Uşağınızın nəyi, nə üçün istədiyini bilin.
 
Uşağı hədəfi üçün atması vacib olan addımlar və nə kimi fədakarlıqlarda olması lazım olduğu mövzusunda məlumatlandırın.
 
İstirahət və əyləncə üçün yetərli ancaq boş yerə vaxt sərf olunmaması üçün lazımlı nizamlamaları düzəldin.
 
Əldə olan zamanını həqiqətdə olduğundan daha uzunmuş kimi  günahkar qəbul edilməsinin qarşısını alın.
 
 
Maksimum cıxış üçün dərs dövründə uşağa verilməsi lazım olan suallar:
 
Məktəb gündəliyində qiymətin neçə olmalıdır?
 
Bu imtahandan neçə almaq istəyirsən?
 
Necə hazırlayacaqsan?
 
Bu an bir sınaq olsa neçə alarsan?
 
Aradakı fərqi bağlamaq üçün nələri öyrənməlisən?
 
Bunları öyrənmək, nəzarət və təkrar etmək üçün neçə saat çalışman lazımdır?
 
İmtahana neçə gün var?
 
Hər gün neçə saat çalışmalısan?
 
Edilə bilərmi və etməyi həqiqətən istəyirsinizmi?
 
Hər çalışma saatı sonunda kifayət qədər öyrənib bilmədiyini necə ölçəcəksən?
 
Kifayət qədər bilmədiyini görsən necə bərpa edəcəksən?
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 
 

ŞƏRH YAZIN