Xəyanətin Tipləri.

0
3292
 Xəyanətin Tipləri.

Səbəb,məqsəd,hisslər.

Xəyanətlər müxtəlif səbəblərdən yaranır və müxtəlif sonluqlarla bitir.
1.Romantik xəyanət-fantaziyalar əsasında yaranmış xəyanətdir.Çox  zaman biz özümüz bunu yaradırıq.Ailədə,işdə olan stressdən uzaqlaşmaq üçün fantaziyalarımıza doğru qaçırıq.Çünki düşünürük  ki,bizi orada daha yaxşı anlayacaqlar.Bu tip xəyanətə kurort macərasıda demək olar.Tanımadığımız insanlarla qarşılaşıb, heç bir məhsuliyyət  hiss etmədən cəlb olunmaq.
2.İnqilabi-uzun müddətli sıxıntı,anlaşılmamazlıq, qarşılıqsızlıq,daxilə yığılmış ağrı bu tip xəyanətə gətirir.Partnyorlar arasında  hər şey qiymətdən düşür,etdiklərinə bəraət qazanma hissi güclənir.Xəyanət çox vaxt partnyorlardan birinin səbrinin tükənməsi səbəbindən yaranır.
3.Diqqəti çəkmək üçün xəyanət-qarşı tərəfə güvən olmadıqda və ya itdikdə yaranır.Yəni sən mənə diqqət etmirsən lakin digərlərinə mən daha da önəmliyəm.
4.Hakim oyunçu-“burada mən əsasam və hər şey mən istədiyim kimi olacaq”Bu tip xəyanətə meyillilər düşünürlər ki ,əgər hər bir işi nəzarət edib yerinə qoyurlarsa niyə də bu olmasın...Etdiklərindən utanmırlar,özlərinə haqq qazandırırlar.Qorxu və ehtiyat hissləri getdikcə azalır.
 
 
 
Hazırladı:Məmmədzadə Arzu 

ŞƏRH YAZIN