Beşiyi sallayan əllər ...

0
2197
Beşiyi sallayan əllər ...

 Analıq — ömürlük vəzifədir.

 
Ana — sevgi sözünün sinonimidir.
 
Əgər mən hər şeyi qorxmadan, çəkinmədən kimə danışardın sualını versələr — qürurla ANA deyərdim.
 
Ana südünü hər kəs şirin olaraq bilir, ancaq onun dadını heç kəs xatırlamır.
 
Anadan ən böyük hədiyyə — onun mənə hədiyyə etdiyi həyatdır.
 
Beşiyi sallayan əllər, dünyanı idarə edir.
 
Analar polislər kimidirlər — pis şeyi hər zaman hiss edirlər.
 
Ana sevgisi bağ kimidir — ilin hər fəslində günəş işıldayır, bahardır
 
Bəzi qadınlar nədənsə uşaq dünyaya gətirməklə ana olmağı eyni hesab edirlər. Eyni müvəffəqiyyətlə demək olar ki, pianoya sahib olmaqla pianoçu olmaq da eyni şeydir.
 
Ananın bizə etdiyi ilk hədiyyə-həyat, ikinci hədiyyə sevgi, üçüncü hədiyyə isə anlayışdır.
 
Bütün analarda yalnız bir fiziki çatışmamazlıq var — onlarda yalnız iki əl var.
 
Əgər uşaqlarının ən sonda böyüməyini istəyirsənsə, onda çalış ilk olaraq özün böyü.
 
Mən anayam, analar isə heç vaxt tək olmurlar.
 
Ananız varkən siz heç vaxt uşaq olmaqdan əl çəkməyəcəksiniz.
 
Hər kəs insanlığı xilas etməyə çalışır, ancaq heç kəs anaya qab yumaqda kömək etmək istəmir.
 
Qadınlar haqqında bir şey deməmişdən əvvəl öz ananı düşün.
 
Mən ilk baxışdan sevgiyə inanıram, gözümü ilk açdığım andan anamı sevdim.
 
Xüsusi istedad var — analıq istedadı.

ŞƏRH YAZIN