Bu Davranışlar Boşanmaya Gətirib Çıxarır

0
1850
Bu Davranışlar Boşanmaya Gətirib Çıxarır

Boşanma hallarının günbəgün artmasına rəğmən hələ də bu problemə səbəb olan əsaslar aradan qaldırılmır. Tərəflər çox zaman münasibətləri, uzun evlilikləri bitirən bu davranışların fərqində olmur. Bu səbəbdən də hər şey bir göz qırpımında sonlana bilir. Sizə boşanma ehtimalını artıran davranışları təqdim edirik:

 
Alçaldılma
  
Cütlüklər arasında yaşana biləcək ən mənfi ən dağıdıcı duyğudur. Bu vəziyyətdə əlaqəni qurtarmaq haradasa qeyri-mümkündür. Hörmətin bitdiyi nöqtədə ortaya çıxır və əlaqəni kökdən zəiflədir. Cütlüklər ayrılsa belə alçaldılmanın özünə verdiyi zərər illərcə davam edə bilir.
 
Tənqid
 
Quruluş formasına görə quruluşçu və ya dağıdıcı ola bilər. Əgər bir-birinizin davranışlarını deyil şəxsiyyət xüsusiyyətlərini tənqid edirsinizsə bu dağıdıcı olar. Nə qədər hirsli olsanız olun, yalnız o anda hirsləndiyiniz davranışı tənqid etməlisiniz. Hər kəs təqdir edilidyi mühitdə qalmaq istəyər.
 
 
Müdafiə etmə
 
Qarşı tərəfi anlamağa çalışmadan, davamlı özünü müdafiə etmək ayrılıq gətirər. Öz tutumlarını davamlı şüurlulaşdırmaq, qarşı tərəf fikirini söylədiyində 'əsl sən bunu edirsən' deyib oxu ona çevirmək, onu dinləmədən dərhal öz fikirini söyləmək, müdafiə etmə davranışlarından bəziləridir.
 
 
Divar hörmə
 
Təhlükəsiz görünməsinə baxmayaraq,əlaqəyə ən çox zərər verən davranışlardan biri. Sevgililərdən biri narahatlığını dilə gətirdiyində digəri bunu tamamilə yox sayırsa ya da mövzunu başqa tərəfə çevirirsə romantik və fiziki mənada divar hörər. Bu qarşı tərəf üçün "sən dəyərsizsən" deməkdir.
 
 
Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN