Bu qadınlar kişilər üçün imtinaedilməzdir!

0
1436
Bu qadınlar kişilər üçün imtinaedilməzdir!

 Əgər kişilər tərəfindən imtina edilməsi çətin qadın olmaq istəyirsinizsə, ə zaman bilməniz gərəkən şeylər var. Kişilər həyatlarında necə bir xanım istəyər??? İzləyin...


Onlar xanımlarının ROMANTİK olmasını arzulayar.

Romantizmin arxasıyca qaçanlar yalnız qadınlar deyil. Kişilər də romantik qadınlardan xoşları gəlir. Sərt görünüşlərinin altında olan romantik kişi ancaq özü kimi bir qadın ortaya çıxara bilər. Onu əldə etmək istəyirsinizsə dozasını çox etmədən romantik olmağı təcrübə edə bilərsiniz.

CAZİBƏDAR QADIN onlar üçün olmazsa olmazlardandır.

Kişilərin ağılı fikri sanıldığı kimi cinsilikdə deyil ancaq cinsi həyat onlar üçün həqiqətən əhəmiyyətlidir. Mətbəxdə bir aşbaz, uşaqlarıyla bir ana və yataq otağında tamamilə cazibədər bir qadın görmək istəyərlər. Onun diqqətini çəkə biləcək və nazlı rəftarıyla ağılını başından ala biləcək biri olmanızı gözləyərlər. Unutmayın, əlinizdəki silahları doğru yerdə və vaxtında istifadə etməsini bilməlisiniz.

Kişilər susmağı sevərlər, bu səbəbdən də qadınlarda SƏSSİZLİK-ə önəm verərlər.

Kişilər özlərinə vaxt ayırmaq istəyərlər və sizdən buna hörmət etmənizi gözləyərlər. Özlərinə aid müəyyən bir sahənin və vaxtın olması sizdən sıxıldığı mənasını verməz. Onlar yalnız problemlərini rahatlıqla düşünə biləcəyi və həll çıxara biləcəyi bir atmosferin varlığından razı qalarlar.

Kişilər qadınların bütün HƏQİQƏTLƏR-ini bilmək istəyərlər.

Kim həqiqətləri eşitməyi istəmir ki? Kişilər də istisna deyil əlbəttə. Boş düşüncələrlə və quru idilərlə başlarını yormaq istəməyən kişilər düzlüyə çox- çox əhəmiyyət verərlər. Əsla dözə bilmədikləri və bağışlamayacaqları bir şey varsa o da yalandır.

GÜLDÜRƏ BİLƏN QADINLAR onlar üçün imtina edilməsi mümkünsüz olan insanlardandır.

Onu güldürə bilirsinizsə həyatında qətiliklə fərqli bir yeriniz olacaq deməkdir. Kişilər şişirtmə halına gətirilməyən bir yumor anlayışına huşunu itirərlər. Onları güldürən və ciddi hallarından uzaqlaşdırmağı bacara bilən qadınlar istədiklərinə əlbət qovuşacaqlar.

ŞƏRH YAZIN