Bu tövsiyyələrə qulaq verin ki ...

0
3414
Bu tövsiyyələrə qulaq verin ki ...

 Evlilik haqqında düşünürsünüzsə və ya artıq evliliyə hazırlaşırsınızsa, o zaman bilməniz gərəkənlər var. Mütəxəssislərin subaylara bir neçə tövsiyyəsi var. Halbuki, bu məsləhətlər evlilik ərəfəsində işinizə çox yarayacaq və bu məsləhətləri başqa heç kimdən ala bilməzsiniz. 


1. Tək və ümidsiz halda olsanız belə, uğursuz münasibətlərin daha pis olacağını unutmayın. Əgər partniyorunuzla aranızda problemlər varsa, sırf tək qalmamaq üçün bunların üstünü örtməyin. Aranızda heç bir problem yoxmuş kimi davranmayın. 

2. Bir insanla evlənməzdən əvvəl, onunla yaxşı dost olduğunuzdan əmin olun. Sonradan dost olacağınızı düşünərək evliliyə addım atmayın. 

3. Bu addımı atmazdan əvvəl maddi durumları, uşaq, ailə, dostlar, qumar, siyasət, inanclar və digər məsələlər haqqında oturub söhbət edin. Maaşlarınızı birləşdirib ortaq büdcə yaratmağa hazırsınızmı, yaxud ayrı olmasına üstünlük verirsiniz? Hər ikiniz də uşaq istəyirsinizmi?Valideynlərinizin fikri sizin üçün nə dərəcə önəmlidir? Bir-birinizin dostları ilə aranız necədir? 

4. Haqqında danışmağa çəkindiyiniz bir problem varmı? Gizli fantaziyalarınız varsa, bunları evlənməzdən əvvəl danışmalısınız. Əvvəlcədən danışmasanız, gələcəkdə aranızda ciddi problemləriniz ola bilər. Bu problemləri qarşı tərəfdən gizli saxlayaraq yaşaya bilmərsiniz. Gizli saxlasanız, bütün həyatınız boyu xoşbəxt olmayacaqsınız. 
 
5. Bunu düşünün: Partniyorunuz qorxunc qəza keçirib və iflic olub. Bundan sonra onun qayğısına qalmaq məcburiyyətindəsiniz. Buna hazırsınızmı? 
 
6. Evlənməzdən əvvəl bir-birinizi çox yaxşı tanımalısnız. Sonradan sən çox dəyişmisən və.s kimi cümlələr istifadə etməməlisiniz. 

7. Lazım olduğu halda münasibətləriniz haqqında professional yardım almağa hazır olun. 

8. Birlikdə uzun müddətli bir layihədə çalışın. Birlikdə komanda halında işləyə bilirsinizmi? Çətin şərtlər altında da yaxşı cütlük ola biləcəyinizi göstərəcək. 

9. Aranızda mübahisələr olacaq. Bu mübahisələrdən sonra nə qədər müddət küsülü qalırsınız. Əvvəlki vəziyyətə qayıda bilirsinizmi? İkinizdən biri aqressiv reaksiya verirmi? 

10. Bir-birinizə nə qədər bağlısınız? Biriniz digərindən daha çox bağlısınızmı? 

11. Qarşıdakı insanın bəyənmədiyiniz önəmli xüsusiyyəti varsa, bunun dəyişəcəyini düşünərək evliliyə addım atmayın. Heç nəyin dəyişməcəyini gözə alaraq bu qərarı verin. 

12. İkiniz də bu evliliyi sona qədər davam etdirməyə hazırsınız? Əgər tərəflərdən biri evlilikdən sonra hər şey yaxşı olar deyib evlənirsə, evlilikdən sonra onu özünüzə bağlamağı gözləməyin. İki tərəf də bu mövzuda eyni düşüncələri paylaşır.

ŞƏRH YAZIN