Diqqəti Üzərinə Toplamaq Istəyirsən?

0
3091
Diqqəti Üzərinə Toplamaq Istəyirsən?

Bəzi insanlar hər zaman diqqət mərkəzində olmağı sevər. Hətta bunun üçün "dəridən qabıqdan çıxarlar" desək, yalan demiş olmarıq. Elə isə onlara psixoloqların insanı diqqət mərkəzində saxlayan 12 məsləhətini təqdim edirik.

1. Pozitivlik - pessimist olmaq sizə müsbət təsir etməyəcək. Amma pozitivlik uğurlar əldə etməyə, yüksəlməyə, ətrafındakıların əhvalını yaxşılaşdırmağa kömək edir.

2. Mehriban və mədəni danışıq - belə insanlar hər zaman danışdıqlarından əmin olurlar. Buna görə də onların dedikləri kəlmələr kənardakıların qulağına xoş gəlir.

3. Diqqətlə qulaq asmaq - münasibətdə yüksəkfikirli və mədəni olmaq hər adamın işi deyil. Mehriban münasibət qurmaq istəyənlər hər zaman həmsöhbətlərinə diqqət yetirməlidirlər. Dinləmək qabiliyyətinə sahib olanları hər kəs bəyənir.

4. Soyuqqanlılıq - hadisələrə hədsiz emosional reaksiya göstərmək qarşı tərəfdə xoş hisslər yaratmayacaq. Susmaq sizi daha yaxşı təqdim edəcək. Həmsöhbətinizə susaraq qulaq asmaqla da müsbət enerji bəxş edərsiniz.

5. Diqqətcil olmaq – hər bir kəsin hərəkətlərini və sözlərini diqqətlə seçməsi ən əsas amildir. İnsanlar bir-birlərini məhz mehriban sözlərə görə sevir və hörmət edirlər.

6. Yeni ideyalara həddindən çox bağlı insanlar nəinki ətrafındakılarla ünsiyyətdən çəkinir, hətta peşələrində də irəli gedə bilmirlər.

7. Danışarkən gülümsəmək - Hill iddia edir ki, Amerikanın keçmiş prezidenti Franklin Ruzveltin uğurunun ilk səbəbi onun daim gülümsəməsi olub. Məhz bu təbəssüm ona həmsöhbətləri ilə səmimi olmağa imkan yaradırdı.

8. Hər fikri açıq-aşkar deməyən insanlar başa düşürlər ki, başqalarını incitmək olmaz. Hətta onlar haqlı olsalar belə, digərlərinə zərər vermirlər.

9. Asta hərəkəti sevməmək - asta hərəkət emək yalnız işi gecikdirir. Bu, qorxaqların işidir.

10. Başqalarına qarşılıq gözləmədən kömək edənlər hamının sevimlisi olurlar.

11. Həmsöhbətinə dünyanın ən vacib insanı kimi yanaşmaq - bu cür davranış qarşındakı insanın bütün xasiyyətini öyrənməyə imkan yaradır.

12. Uğurlu insanlar heç vaxt ətraflarındakıların xoşuna gəlməyə cəhd etmirlər. Onlar kənardakılara olduqları kimi görünməyə çalışırlar.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN