Nəsillərin Toqquşmasına Son!

0
862
Nəsillərin Toqquşmasına Son!

Yeni dövrün uşaqları və köhnə dövrün insanları... 2 tərəf arasında intriqa bütün zamanlarda mövcud olub. Ata-ana olan nəsil öz uşaqlarını anlamaq üçün çalışsalar da, bu çox zaman uğurlu alınmır. Uşaqlar da: "valideynlərim məni anlamır" –deyə düşünür. "Nəsillərin toqquşması" adını verdiyimiz bu duruma son qoymaq üçün bir neçə üsul təqdim edirik, gözdən keçirin.

2000-ci illərin əvvəlində doğulan və indi məktəbdə oxuyan dövrə “Z nəsli” adı verilir. Bu nəsil xəyalpərəst və pessimist X nəsli ana-atalarından, optimist X nəsli olan bacı-qardaşlarından fərqlənir.

1. Realist olduqlarını unutmayın!
Z nəslinin ən əsas xüsusiyyəti realist olmağıdır. Ətrafda baş verənləri çox yaxşı müşahidə edirlər. Yeri gələndə realist olduqlarını göstərirlər.

2. Onların texnoloji dünyalarına daxil olun!
Onlar texnologiyanın ən yaxşı dövründə doğulublar. Hələ danışmağı öyrənməmiş texnologiyanın dilini öyrəniblər. Tablet, kompüter, internet onlar üçün “uşaq oyuncağıdır”. Texnologiyadan başınız çıxmasa da, çıxırmış kimi göstərin. Onların dünyasına qatılmaq üçün texnologiyanı bilmək məcburiyyətindəsiniz.

3. Suallarından yorulmayın!
Uşaqlar hər şeyə maraq göstərirlər. Soruşurlar, araşdırırlar, analiz edirlər, maraqlandıqları hər şeyin cavabını tapmaq istəyirlər. Səbrli olub onlara bu cavabları tapmaqda kömək edin.

4. Həll  yolunu göstərin!
Bu nəsil ancaq sual vermir, həll yolunu da tapmağa çalışır. Fikir bildirir, fərqli həll yollarını araşdırır. Onların yanında olduğunuzu göstərin.

5. Təzyiq göstərməyin!
Z nəslinə təzyiq göstərsəniz, aranızdakı uçurumun təməlini qoymuş olarsınız. Onları həvəsləndirərək, onları başa düşdüyünüzü hiss etdirərək istədiklərinizi etdirə bilərsiniz.
 
6. Yeniliklərə can atırlar, onlara dəstək olun!
Z nəsli yeniliyə maraq göstərir, onlara tez öyrəşirlər. Texnologiyanın sürətli dəyişikliklərinə bir neçə dəqiqədə öyrəşdikləri kimi...Onların bu keyfiyyətini təqdir edib dəstəkləsəniz, çox xoşbəxt olacaqlar.

7. Sosial medianı izləyin!
Bu nəsil e-maili artıq köhnə bir vasitə hesab edir. Onların kimlə, necə əlaqə qurduğunu sosial mediadan izləyə bilərsiniz. Ancaq izləyin, şərh bildirməsəniz daha yaxşı olar.

8. Öyrədici proqramlar yükləyin!
Uşaqların texnologiyaya həvəsini nəzərə alaraq, dərslərini sevərək oxumağını istəyirsinizsə, internetdən öyrədici proqramlara, keyfiyyətli qaynaqlara müraciət edin.

9. Başa salaraq öyrədin!
Bu nəslin əzbərləməklə heç arası yoxdur. Öyrəndikləri şeyləri başa düşərək,gündəlik həyatlarında istifadə edirlər. Mümkün qədər hər şeyi dəqiqliklə izah edin, texnologiyalarla vizual olaraq da göstərməyə çalışın.

10. Öyrədici texnologiyalı məhsullara üstünlük verin!
Ənənəvi üsullarla uşaqlara dərs başa salmaq artıq keçmişdə qaldı. Texnoloji dünyanın uşaqları olduqlarına görə interaktiv üsullara üstünlük verirlər. Öyrəndiklərini tətbiq etmək, oxuduqları mövzuya aid videolar izləmək uşağın təhsil həyatına müsbət təsir göstərir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN