Əkizlər haqqında 12 fakt

0
3730
Əkizlər haqqında 12 fakt

Onlar dünyaya cüt gəlirlər, digərlərindən əsas fərqləri də elə bundadır. Öz tayları ilə oxşarlıqları isə çoxdur. Bu yazımda əkizlərin həyatından heç yerdə oxumadığınız 12 faktla tanış olacaqsınız.

1. Əkizlər nə vaxt dünyaya gəlir?

Əkizlərin dünyaya gəlməsində yaş cox böyük rol oynayır. Valideynlərin 40 yaşı olanda onların dünyaya əkiz ovlad gətirmək ehtimalı varsa, daha sonra bu göstərici aşağı düşür. Bu da bədəndəki gen daşıyıcı hormonlar ilə əlaqədardır. Statistika göstərir ki, sonsuzluqdan əziyyət çəkənlər müalicədən sonra əkiz uşaqlar dünyaya gətirirlər. Əkizlərin nəsildən asılı olaraq dünyaya gəlməsi fikri isə əfsanədən başqa bir şey deyil. Genetik qabiliyyət buna təsir göstərə bilsə də, əkizlərin doğulma halının irsən keçməsi düzgün mülahizə deyil.

2. Məkanın əkizlərə təsiri varmı?

Dünyanın hər yerində əkizlər doğula bilər. Cəmiyyətin əkizlərin doğulmasına hər hansı bir təsiri olduğu da əsassız ehtimaldır. Amma maraqlı faktlar da az deyil. Hindistanın Kandallurlun adlı kiçik yaşayış məntəqəsini "Əkizlər kəndi" adlandırırlar. Burada 70 cüt əkiz yaşayır. Onların sayı ilbəil artır. Yerli ənənələrə görə, əkizlər eyni geyinməlidirlər.

3. Əkizlər şəhərciyi

ABŞ-ın Ohaya ştatındakı Trinzburq adlı yerdə hər il əkizlər üçün xüsusi bayram keçirilir və hər yaşdan olan əkizlər burada iştirak etmək imkanı qazanırlar.

4. Hər ikisi iki

Biologiyanın qanunlarına əsaslanıb demək olar ki, əkizlər iki və bir hüceyrəli ola bilərlər. İki hüceyrəlilər iki toxumluğun birdən döllənməsinə, monohüceyrə isə bir toxumluğun döllənməsinə və sonra onun iki hissəyə bölünməsinə deyilir. Monohüceyrəlilərdə bu oxşarlıq tam olsa da iki hüceyrəlilərdə bu eynilik 50 faiz təşkil edir.

5. Siam əkizləri

Monohüceyrəli əkizlərdə sonradan bölünmə baş verdiyi üçün bəzən onlar bitişik halda doğulurlar. Bitişmələr isə müxtəlif cür olur. Ya dəri, ya da sümük bitişik ola bilər.

6. Əkiz üsulu

İlk dəfə elm əkizlərlə XIX əsrdə maraqlanmağa başlayıb. 1876-cı ildə ingilis alimi F.Qalton "Əkizlərin nisbi təsiredici kriteriyasının tarixi" adlı elmi məqalə yazıb. Monoziqotlu əkizlərin ayrılması haqqında ən etibarlı mənbə isə 1992-ci ildə ABŞ-da çap olunub. Cessika və Besi adlı əkizlər anadan olduğu dövrdən ayrı-ayrı ailələrə verilir. Bacı əkizlərin ilk görüşü isə onların 18 yaşına təsadüf edir. Onlar müxtəlif cəmiyyətlərdə, müxtəlif ailələrdə yaşamalarına və fərqli təhsil almalarına baxmayaraq bir-birini çox gözəl başa düşürdülər. Sözü gedən əkizlər eyni kitabları oxuyur, sevir, eyni əyləncələr ilə məşğul olurdular. Hətta eyni xəstəlikdən -  vərəmdən əziyyət cəkirdilər.

7. Zəif əkizlər

Əkizlərin hamiləlik dövrü çox ağır və çətin keçir. Hamiləliyin əksəriyyəti isə vaxtından qabaq doğuşla başa çatır. Onların çəkisi az olmaqla yanaşı, müxtəlif infeksion xəstəliklərlə dünyaya gəlirlər. Bu da çox döllük yumurta ilə bağlıdır.

8. Böyük və kiçik, güclü və zəif

Belə bir mifologiya mövcuddur ki, guya böyük əkiz daha güclü olur və liderə çevrilir. Kiçik əkiz isə zəif olduğundan böyüyə tabedir. Bu isə təbii ki, valideynlərin mülahizəsidir. Beləliklə, kiçiyin zəif və gücsüz olması haqqında fikirlər özünə yer edir.

9. Oxşarlıqlarına səbəb

Əkizlərin öz oxşarlıqlarına münasibəti çox zaman ətrafdakıların təsirindən doğur. Onlar eyni geyinir, oxşar adlar daşıyır. Təbii ki, onların uzun müddət bir yerdə vaxt keçirməsi də mühüm rol oynayır.

10. Əkizlər və onların ailə həyatı

Yeniyetməlik dövründə bəzən onlar oxşar geyindiklərinə görə narazılıq edirlər. Böyüyəndə isə onların münasibəti təbii ki, əkizlərin monohüceyrəli və ya iki hüceyrəli olması ilə əlaqədardır. Müşahidələr göstərir ki, iki hüceyrəli əkizlər böyüyəndə bir-birindən ayrılırlar. Onlar müxtəlif sənətləri seçirlər. Ətrafdakılarla münasibətdə bir-birindən fərqli olurlar. Monohüceyrəli əkizlərdə isə münasibətlər tam fərqlidir. Onların arasından, necə deyərlər, su belə keçmir. Ailə həyatı qurduqdan sonra isə onlar öz yaşayış tərzindən heç də razı qalmırlar.

11. Hissiyyatlı əkizlər

Əkizlərin hissiyyatlı olması artıq sirr deyil. Bu haqda mətbuatda kifayət qədər yazılıb. Elə filmlər də bundan yan kecməyib. Birinin ayağı sınanda o birinin gün ərzində ayağının ağrımasının dəflərlə şahidi olmuşuq. Onların eşitmə qabiliyyəti də çox güclü olur.

12. Əkizlər arasında özünə qəsd

Danimarkada 1870-1930-cu illər ərzində 21653 əkizin həyatı müşahidə edilib. Və məlum olub ki, onların 28 faizi özünə qəsd edib. Alimlərin fikrincə, bu hal psixoloji xəstəliklərlə bağlıdır.

 

ŞƏRH YAZIN