Evlilik həyatında soyuqluq olmasın deyə ...

0
4076
Evlilik həyatında soyuqluq olmasın deyə ...

 Münasibətinizdə soyuqluq yaranıbsa, həyat yoldaşınızın sizə rəftarı dəyişdiyini və əvvəlki kimi olmadığını hiss edirsinizsə, o sizin yanınızda sevinmirsə, rabitəni kəsmək yerinə səy edin ki, bu vəziyyəti düzgün dərk edəsiniz. Olduğunuz vəziyyətə bir əl gəzdirin.


Analıq hissi qadınlara kömək edir ki, ətrafında olan insanlarda baş verən dəyişiklikləri tez bir zamanda hiss etsinlər. Çünki övladlarında olan dəyişiklikləri hiss edirlər. Qadınların bir çoxu bu həssaslığı ərlərinə qarşı da göstərirlər. Əgər rabitələrində dəyişiklik varsa, onu dərhal hiss edərlər.

Çox zaman qadınlar bu cür dəyişliklər qarşısında nə etməli olduqlarını bilmirlər. Bu situasiyadan o qədər şoka düşürlər ki, bu dəyişikliyin kökünü dərk edə bilmirlər. Xoş günlərini və vəfadarlıqlarını yadına salaraq, özlərinə ürək-dirək verirlər. Davamlı olaraq bu cümləni təkrar edərlər: “Bu mənim haqqım deyildir ki, həyatım bu cür olsun”.

Əgər siz də ərinizin rəftarında dəyişiklik hiss edirsinizsə, sizə qarşı hissləri dəyişibdirsə, bu zaman hərəkət etmək vaxtıdır. Ancaq bu o demək deyildir ki, həyat yoldaşınızla dava edəsiniz, özünüzü və rəftarınızı müdafiə edəsiniz, zəif cəhətlərinizi gizlədəsiniz, müttəhim axtarasınız.

Əgər belə bir şeyi hiss edərsinizsə, o zaman bir anlıq dayanın və düşünün. Özünüzdən səmimi olaraq soruşun: “Ərimin rəftarının dəyişməsinə nə səbəb olmuşdur?”. Bir qədər əməllərinə diqqət yetirin. Axı niyə ərinizi əvvəlki kimi şad edə bilmirsiniz? Bu suallar sizə imkan verəcəkdir ki, vəziyyətinizi dəyərləndirə biləsiniz.

Bu vəziyyəti düzəltməyin bəzi yolları vardır ki, onlara işarə edək:

1. Gözlənilməz sürprizlər edin. Bu günün kişiləri üçün maraqlı olan məsələlərdən biri də odur ki, bəzən sadə şeylərlə onlara gözlənilməz sürprizlər edək. Onlar fövqəladə bir şey istəmirlər. Ancaq həyatlarında bir hərəkət və sevinc hiss etmək istəyirlər. Onu sevdiyi və gözləmədiyi şeylərlə təəccübləndirin.

2. Özünüzə əhəmiyyət verin. Əgər sizin özünüzə etimadınız güclü olarsa, bu, ərinizin xoşuna gələr. Mötədil bir ər özünə etimad bəsləyən bir qadına həmişə hörmət edər. Öz istedadlarınıza, gücünüzə və zahiri gözəlliyinizə diqqət edin. Bu əməllə onun ruhiyyəsini qaldırar və sizin zəifliklərinizi görməməzliyə vurmağına səbəb olarsınız. Çalışın məharətlərinizi artırasınız, mütaliə edin, fəal və enerjili olun.

3. Təkrar əhvalatlardan yorulmayın. Şübhəsiz ki, əriniz sizə bir əhvalatı dəfələrlə danışmışdır. Düzdür, bu, çox yorucudur, ancaq nə maneəsi var ki? Bu yolla rabitə yarada bilərsiniz və onu elə dinləyin ki, sanki birinci dəfədir ki, bu əhvalatı eşidirsiniz.

4. İdmana maraq göstərin. Bəlkə bəzən təəcüb edirsiniz ki, əriniz futbol izləyən zaman onu tək buraxdığınıza görə sizdən məyus olur. O, bu asanlıqla yolunu sizdən ayırır. O, futbolu sevir və buna aşiqdir. Ya film izləməyi xoşlayır və ya qəzet oxumaqdan ləzzət alır. Bu işlər çox sadədir. Ancaq əriniz üçün çox məna kəsb edir. Çalışın bu əyləncələrdə onu tək qoymayasınız.

5. Özünüzü ancaq övladınıza həsr etməyin. Dünyaya gətirdiyiniz övladınız, əlbəttə ki, sizin üçün əzizdir. Ancaq bütün zamanınızı ona həsr etməyiniz yaxşı olmazdı.

6. Ad gününü qeyd edin. Ərinizi sevindirə biləcəyiniz əməllərdən biri də onun ad gününü sadə ev ortamında qeyd etməyinizdir. Bizlər başqalarının ad günümüzü xatırlamağını çox sevirik. Ərimiz üçün də bu günün xüsusi yeri vardır. Çalışın bu cür xüsusi günləri bir yerdə keçirtməyə çalışasınız. Çalışın hər dəfə bu mərasimləri müxtəlif cür təşkil edəsəniz. Bir dəfə evdə və bir dəfə dostları ilə bir yerdə və bir dəfə də ikiniz bir yerdə.

7. Onu bağışlayın. Əriniz əgər səhv edibsə, onu bağışlamağı bacarın və bunu onun üzünə vurmayın. Çünki əgər siz onu bağışlamasınız o, sizdən uzaqlaşacaqdır. Əgər həqiqətən, ərinizi bağışlamaq istəyirsinizsə, onunla bir yerdə yaşamaq istəyirsinizsə, bunu ona hiss etdirin.

8. Evdə istirahət etməsi üçün şərait yaradın. Əriniz işdən yorğun gəlir və o, evdə özü üçün rahat ola biləcək məşğuliyyətlər axtarır, ya da sadəcə ayaqlarını uzadıb, televizora baxmaq istəyir. Ona görə uşaqları vaxtında yatmağa göndərin, onun istirahət etməsi üçün şərait yaradın.

Bu deyilənlərə əməl etməklə yanaşı, həyat yoldaşınıza qarşı diqqətcil olun və onun istəklərini hamının istəklərindən üstün tutun. Ona nə qədər diqqəti artırarsınızsa, bir o qədər rabitəniz yaxın olar. Ailənin xoşbəxt olması üçün hər iki tərəf çalışmalıdır, bu yolda həm qadının və həm də kişinin boynuna çox sayda məsuliyyət düşür.

ŞƏRH YAZIN