Aslan Və Ceyran

0
5806
 Aslan Və Ceyran

Bəzən yanımızdakı insandan heç nə gizlətmək istəmərik. Amma bəzən öz ətrafımıza bir sərhəd çəkməyimiz və düşünərək danışmağımız lazımdır. Xüsusilə də sonu evlilikdə davam edəcək bir əlaqə istəyirsinizsə, kişi yoldaşınıza nəyi söyləyib, nəyi söyləməyəcəyinizi bilməyiniz lazımdır.

Onun haqqında deyilənləri:

Əsla, amma əsla ailənizin və ya yoldaşlarınızın onun haqqında söylədikləri mənfi tənqidləri ona izah etməyin. Çünki bu bir tarazlıqdır. Kişi yoldaşınızın ailənizlə və yoldaşlarınızla yaxşı dolanmasını istəyərsiniz. Onların tənqidlərini eşitdikdə özünü geri çəkə bilər və ya çəkinə bilər.

Əgər hər şeyin idarə altında olmasını istəyirsinizsə nə kişi yoldaşınızın onlar haqqındakı tənqidlərini, nə də onların kişi yoldaşınız haqqındakı tənqidlərini bir-birlərinə söyləməyin.
 
Dəyişdirə bilmədiklərini:

Bir əlaqədə açıq olmaq, əlaqəni irəliyə daşıyar. Yəni ona qarşı istəklərinizi və ya xoşunuza getməyən xasiyyətlərini dəyişdirməsini istəyə bilərsiniz. Ancaq onu dəyişdirə bilməyəcəyi şeylər mövzusunda sıx-boğaz etməyin. Keçəl olması və ya boyunun uzun olması kimi. Onu bu mövzularda tənqid etməyiniz heç də ədalətli deyil.

Onu dəyişdirmək istəyə bilərsiniz. Ancaq bu dəyişmənin xarici görünüşlə əlaqəli olmasını gözləməyin.

Başqalarının sirrini:

Bir yoldaşınız sizə xüsusi bir şey söylədisə və bunu kimsənin bilməsini istəmirsə, sirrinə sadiq qalın. Hər hansı bir problem olduğunu düşünsəniz belə, özünüz həll etmə yolu axtarın. Sizin üçün çox əhəmiyyətli olan bir şey, kişi yoldaşınızı narahat etməyə bilər. Və ya bir şəkildə ağzından qaçıra bilər.

Ailəsi haqqındakı mənfi düşüncələrinizi:

Ailəsini sevməyə bilərsiniz, amma bu mənfi düşüncələrinizi özünüzə saxlayın! Belə düşünün: onun üçün ən xüsusi və ən həssas olduğu kəslər ailəsidir, o sənin onları sevməyini ürəkdən istəyir. Ailəsindən biriylə bir problemin varsa, necə həll edəcəyin mövzusunda ondan tövsiyə ala bilərsən. Amma təbii ki o adamı pisləmədən və şərh etmədən! Kişi yoldaşınız ailəsini dəyişdirə bilməyəcəyi üçün sizin mənfi düşüncələrinizi içinizdə tutmanızda fayda var!

Başqa kişilər haqqındakı düşüncələrinizi:

Qarşıdan gələn yaraşıqlı ikinizin də tanıdığı biridirsə, salam verib yolunuza davam edin. Həqiqətən onu cazibədar hesab edə bilərsiniz, bu onu aldatdığınız mənasına da gəlmir. Məsələn, bəzi aktyorları da yaraşıqlı hesab edirik. Ancaq bütün bu düşüncələrinizi içinizdə saxlayın. Çünki kişilər belə şeyləri qısqanar, həm duyğularını bulandırmağa da ehtiyac yoxdur!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN