Ən Son Ölən Ümidlərdir!

0
22356
Ən Son Ölən Ümidlərdir!

Fars padişahının əmriylə— iki adam ölüm hökmünə məhkum edilir. Padişahın,atını çox sevdiyini bilən məhkumlardan biri,həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum isə bərəlmiş gözlərlə yoldaşına baxaraq: "Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən". Birinci məhkum:

"Xeyr, mən özümə dörd azadlıq şansı verirəm. 
Birincisi, Padişah bu il ölə bilər.
İkincisi, mən ölə bilərəm.  
Üçüncüsü, at ölə bilər .
Dördüncüsü isə, bəlkə ata uçmağı öyrədə bildim!"
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN