İnsanlar Ən Çox Nədən Qorxur?

0
3171
İnsanlar Ən Çox Nədən Qorxur?

İnsanların bir çox qorxu və fobiyaları var. Bu fobiyalar insanda müxtəlif stresslər və komplekslər yaradır. İnsanların nədən çox qorxduğunu araşdıran psixoloqlar maraqlı nəticə əldə etmişlər. Belə ki insanlar arasında onların ən çox nədən qorxduqlarını araşdıran təhqiqat maraqlı nəticələr vermişdir. Təhqiqatda iştirak edən çox saylı insana bir siyahı təqdim edilmişdir və bu siyahıda qorxu amili olan çoxlu sayda faktor göstərilmişdir: Ölüm qorxusundan tutmuş  siçanlardan qorxuya kimi; hündürlük qorxusundan tutmuş hörümçəklərdən qorxuya kimi.

Birinci yeri gözlənilən kimi ölüm qorxusu tutdu və buda təbiidir. Bir çox insan onların ömürlərinin sona yetməyindən qorxurlar.

Qorxular sırasında ikinci yeri tutan, nə qədər qəribədə və gözlənilməz olsa da, toplum önündə, insanlar önündə danışmaq qorxusu tutdu. Bəli, insan uşaqlıqdan yiyələndiyi bu qabiliyyəti qarşısında insanların sayı artdıqca sanki itirməyə başlayır,onu tər basır, dili topuq vurmağa başlayır, dizləri əsir, həmişə dadına çatan əlləri isə ona kömək etmək əvəzinə mane olmağa başlayır. İnsan razı olar ki, hər nə eləsin, amma toplum önündə çıxış etməsin.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN