Kişilər Nəyi Anlamır?

0
1742
Kişilər Nəyi Anlamır?

Qadınları anlamaq hər zaman asan olmur. Bəzən kişilər onların nə etdiyini anlamağa çalışsa da, anlaya bilmir. Kişilər düşünür ki, qadınları anlamaq üçün xüsusi istedad tələb olunur.

Alış-veriş sevgisi qadınlar üçün fərqli dünyaya səyahət deməkdir. Hər gün alış-veriş edən qadının, geyinməyə heç nəyim yoxdur deməsi, kişiləri bir xeyli təəccübləndirən xüsusiyyətlər arasındadır.

İlk aylarda anlayışlı, əyləncəli olan qadının birdən-birə dəyişməsindən kişilər heç cürə baş çıxara bilmir. Sevdiyi qadının anasına bənzəməsi və hesab soruşması kişilərin heç xoşuna gəlmir.

Qadınların həşaratlardan qorxub, onları görəndə qəribə reaksiya verməsinə kişilər heç bir məna verə bilmir.

Çox adi bir hadisəni bir anda şişirdib dramatikləşdirən varlığa, kişilər qadın deyir. Bu hal isə qadın gücünün və istedadının göstəricisidir. Buna görə də kişilər hadisənin birdən-birə necə belə “faciəli” hala düşməsinə təəccüb edir.

Qadınlar əsəbiləşəndə əvvəlcə “heç nə olmayıb” deyə bilər. Halbuki, belə cavab vermək çox sərt reaksiya hesab olunur. O anda qadının nəyə əsəbiləşdiyini tapa bilməsəniz, bütün hirsini çox güman ki, sizdən çıxacaq. Qadınların göz yaşlarına hakim ola bilməməsi kişilər üçün çox anlaşılmaz haldır.

Qadın bir kişidən xoşlandığı halda, niyə ilk addımı qarşı tərfədən gözləyir ki? Bu da kişilərin çözə bilmədiyi məsələlərə daxildir.

Qadınların kritik günləri dönəmində qadın psixologiyası kişinin heç vaxt başa düşə bilməyəcəyi bir haldır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN