Motivasiya Edici Sitatlar

0
10466
Motivasiya Edici Sitatlar

 Qadınlar kişiləri niyə sevər, heç düşündünüzmü? Bu işin mütəxəssisləri düşünüb. Qadınlar niyə bəzi məsələlərdə ürəyi yumşaq olur və xəyanət edən kişiləri tez bağışlayır? Onlar nəyə görə əvəzolunmaz olur? İndi biləcəksiniz. 


Kişilər ağlamaz – Cəmiyyətdə kişilərin ağlaması birmənalı qarşılanmasa da, sevdiyi qadın üçün göz yaşı tökən kişi qadına olan sevgisinin göstəricisidir. Eyni zamanda, baxışlarından süzülən şəfqət qadınları kişilərin yanında huzurlu və güvəndə hiss etməyi təmin edir. 

Zarafatları sevirik – boyat zarafat etmə potensialı nə qədər yüksək olsa da, çətin anlarımızda bizi güldürə bilirlər. 

Özünə güvənən kişilər – Biz çətin hadisələr qarşısında təlaşa düşərkən, onlar soyuqqanlı şəkildə hər şeyin qaydasında gedəcəyini deyirlər. Məntiqli hərəkətləri ilə bizi sakitləşdirə bilirlər. 

Həmişə yanımızda olurlar – Qadınları hər halı ilə (makiyajsız, hirsli və.s) sevirlər və bu qadınların xoşuna gəlir. Xəstə olanda qadınlarla maraqlanmayan bir kişidən heç vaxt dəstək ala bilmərik. Lakin baxımsız halımızla da bizi sevən biri, daim sevilməyə layiq olanlar sırasındadır. 

Bizə ağır yük qaldırmağa icazə vermirlər – Kişilərin qadınlara kömək məqsədilə yük daşıma jestini yüksək qiymətləndiririk. Onları qadınların özü də daşımaq və qaldıra bilmək qabiliyyətinə malikdir. Həşaratları da öldürə bilərik. Lakin biri pisdir, digəri isə yorucu işdir. Kişilər bu özəlliyi ilə qürur duyma fürsəti taparkən, qadınlar da oturub istirahət edir. 

Geyindiyimiz geyimlər – Əslində, kişilərin geyimləri çox böyükdür və hamısı da eyni olur. Amma yenə də kişilərin geyimlərini geyinə bilmək qadınlar üçün əyləncəlidir. 

Kişiləri niyə sevirik? – Səbəb nə olursa-olsun, sevilirik. Kişilərin varlığı qadınlara huzur verir. Əllərimizi tutub buraxmadığınız zamanlarda özümüzü dünyanın ən güclü və xoşbəxt insanı hiss edirik.

ŞƏRH YAZIN