Qadınlar nə demək istəyir???

0
2088
Qadınlar nə demək istəyir???

 Bəzən bir qadının nə demək istədiyini anlamaq çətin olur. Sizə bir söz deyə bilər, amma bu söz onun demək istədiyi söz olmaya da bilər. Ona görə,  onların dedikləri sözün arxasında hansı ifadənin gizləndiyini bilmək ən yaxşısıdır. Gəlin qadınların əslində nə demək istədiklərini anlayaq.


Bir qadın sizə "Yaxşı" deyirsə
Bu qısa və dəqiq sözlə əslində çox şey izah edir qadınlar. Əsəb və bezginlik mənasını verir.

Bir qadın sizə "Necə istəyirsən?" deyirsə
Əslində qadınlar necə istəsə elə olar, yalandır.

Bir qadın sizə "Anlayıram" deyirsə
...Xeyr, anlamıram deməkdir. Anlamayacaqları da qətidir :)

Bir qadın sizə "Bilmirəm ki" deyirsə
Əslində bilirəm, hətta yalnız mən bilirəm, amma yenə də sən bilirmisən kimi olsun, deməkdir.

Bir qadın sizə "Yanılırsan" deyirsə
Dəqiq şəkildə əsəbilik ifadə edir. Gizlicə də deyil, qəti şəkildə yanılırsınız.

Bir qadın sizə "Yaxşı, yaxşı" deyirsə
Baxarıq deməkdir. Sən kəs səsini yetər mənasını verir.

Bir qadın sizə "Haqlısan" deyirsə
Haqlı filan deyilsən, yetər ki mübahisə olmasın, susaq deməkdir.

Bir qadın sizə "Ehtiyac yoxdur" deyirsə
Həm də necə ehtiyac var!

Bir qadın sizə "Yaxşı görək e" deyirsə
Axmaqlama-nın qısasıdır.

Bir qadın sizə "Eləmi?" deyirsə
Sondakı i hərfi bir az uzundursa, ciddi təhdiddir. Hələ bir də tək qaşını qaldırmışsa, qaçın ordan.

Bir qadın sizə "Mən bəyənmədim" deyirsə
Xüsusilə gözəl bir qadın təriflənsə eşidilir.

Bir qadın sizə "Beş dəqiqə" deyirsə
Ən az 1 saat deməkdir.

Bir qadın sizə "Yoxdu bir şey" deyirsə
Bir şey var, amma sən anlamazsan deməkdir.

Bir qadın sizə "Heç" deyirsə
Nə olub? sualının ən məşhur cavabıdır. Və böyük yalandır.

Bir qadın sizə "Həyatım" deyirsə
Bir şey istəyərkən deyilən ən məşhur sözdür. Vurğulara görə mənası dəyişir, təhdid ehtiva edir.

ŞƏRH YAZIN