İçinizdəki Lideri Oyandırın !

0
3064
İçinizdəki Lideri Oyandırın !

Kişilər tez-tez qadınları anlamaqda çətinlik çəkdiklərini bildirirlər. Elə oxucularımız arasında da bu mövzu ilə bağlı bizə sual ünvanlayanlar kifayət qədərdir. Buna görə də indi sizinlə qadınların bir neçə sirrini bölüşmək istəyirik.

1. Sevgiyə görə hər şeylərini qurban verməyə hazır olduqlarını desələr də, əslində birinə bağlanmaqdan çox qorxurlar.
2. Anaları əksər məsələlərdə onlar üçün ideal qadın obrazıdır, amma bununla yanaşı qadınların əksər hissəsi anasına oxşamaqdan qorxur.
3. Kişilərin onlara ev işlərinə kömək etməsini sevirlər.
4. Onların dediyi hər sözə inanmayın. Məsələn, yeni saç stiliniz hər zaman xoşlarına gəlməsə də, onlar daim bunun sizə yaraşdığını deyəcəklər.
5. Müəyyən zamanlarda onların da ağlından erotik səhnələr keçsə də, bunu qarşı tərəflə paylaşmaqdan çəkinərlər.
6. Köhnə xatirələrini heç vaxt unutmaz, şəkillərini isə atmazlar, amma belə şəkillərini elə yerdə saxlayarlar ki, onları asanlıqla ələ keçirməyiniz mümkünsüzdür.
7. Çox vaxt orqazm təqlidi edirlər.
8. Rəfiqələrinin bəzi sirrlərini sizinlə bölüşsələr belə, heç zaman hər şeyi olduğu kimi danışmazlar.
9. Yaraşıqlı hesab etdikləri məşhurlarla bağlı bəzən müəyyən xəyallar qurarlar, amma heç zaman sizin onlar kimi olmağınızı gözləməzlər.
10. Özləri etiraf etməsələr belə, tərəf müqabillərinin qısqanc olmasından xoşları gəlir.
11. Sizdən nə qədər müasir düşüncəli olmağınızı tələb etsələr də, evdə kişinin söz keçirməsinin tərəfdarıdırlar. 
 

ŞƏRH YAZIN