Rus çar ailəsi Romanovlar sülaləsinə aid əşyalardan ibarət kolleksiya İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 4,25 milyon dollara satılıb.
“Hotel des Ventes”də keçirilən hərracda İ.Nikolayın bacısı Olqaya aid 230 məktub 830 min dollara alınıb. Məktublarda imperiya ailəsinin yaşadığı eşq və hakimiyyətləri dövründə baş verən maraqlı hadisələr əks olunub. Məktublar amerikalı bir dəniz zabiti tərəfindən II Dünya Müharibəsində Almaniyadan götürülüb. Hərracda İ.Nikolayın baldızı Yelena Pavlovnaya hədiyyə etdiyi 66 sm uzunluğundakı farfor isə 1,7 milyon dollara satılıb. Qeyd edək ki, Rus çar ailəsinə aid əşyalar bu günə kimi öz əhəmiyyətini saxlayır. Daha əvvəl də II Nikolaya aid məktub və əşyalar 1,3 milyon dollara satılmışdı.