Yaxşı Münasibətin Sirri!

0
4311
Yaxşı Münasibətin Sirri!

1. Pis gedən əlaqəni bitirməyi öyrənin

Bütün qadınların içinə düşdükləri bir tələdir bu pis əlaqələr. Onlara zamanımızı, sevgimizi verərik, lakin qarşılığında yalnız kədər və narahatlıq görərik. Halbuki, bir qadının əlaqədən gözlədiyi bu deyil. O halda artıq bu əlaqənin bitmə zamanı gəlmişdir. Nə qədər əmək istifadə etdiyiniz əhəmiyyətli deyil, ortada sevgi və xoşbəxtlik yoxsa, bunu başqa bir kişidə axtarış zamanı gəlmişdir. Kişilər avtobus kimidir, bir avtobusu qaçırdığınızda, bir sonrakına minməyi öyrənin. Avtobusu qaçırdım deyə kədərlənməyin. Çünki mütləq başqaları da olacaq.

2. Daha az dözümlülük göstərin və daha çoxunu gözləyin


Əlaqələrdə fədakarlıq edən tərəf ümumiyyətlə qadınlardır. Sevgilisinin istədiyi yerdə yeməyə gedər, evdə onun sevdiyi yeməyi edər, axşam onun istədiyi proqramı izlər və ya onun istədiyi filmə gedirlər. Siz bu qədər fədakar olmağa maraqlıykən, sevgilinizi istədiyiniz heç bir şeyi etmədiyi üçün günahlandıra bilməzsiniz. Buna görə çox fədakarlıqdan qaçın. Unutmayın ki, əlaqələr təktərəfli dözümlülüklə getməz. Sevgilinizin də ən az sizin qədər fədakar olması lazımdır. Xoşbəxt olmaq istəyirsinizsə, ona qarşı olan gözləmələrinizi yüksəldin. Zamanla o da buna alışacaq.

3. Özünüzü məşğul edəcək bir şeylər tapın


Kişilər qadınlarla eyni zaman dilimində yaşamır. Buna görə məni niyə axtarmadı deyə düşünmək dəliliyə açıq dəvətnamə çıxarmaq kimidir. Niyə axtarmadığını kim bilə bilər, bəlkə oyunda idi, bəlkə dostları ilə birlikdədir, bəlkə axtarışın lazım olduğunu belə düşünmür. Bunun üçün kədərlənmək yerinə özünüzü bunu düşünmənizə icazə verməyəcək şeylərlə məşğul edin. Bir rəqs məktəbinə yazılın, yeni bir dil öyrənin, əylənin.

4. Xoşunuza getməyən şeyləri söyləyin


Ortaya bir fikir atıldığında, ya da bir plan edilərkən, etmək istəmədiyiniz şeyləri söyləyin. Sırf kişi dostunuz istəyir deyə etmək istəmədiyiniz şeylərə tamam deməyin. "Sən necə istəsən" cümləsini özünüzə qadağan edin. Bir az da özünüzü ön plana qoyun.

5. Özünüzə zaman ayırın


Bir çox qadın kişi yoldaşının bəzən tək başına bir şeylər etmək istəməsini və ya yoldaşlarıyla vaxt keçirmək istəməsini mənfi qarşılayır. Amma əksinə, əslində eynisini siz də etməlisiniz. Dünya yalnız ikinizin olduğu bir yer deyil. Ailəniz və dostlarınız da bunun içində. Özünüzə vaxt ayırın və bunu bir başqası etdiyində ona anlayış göstərin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN