İşlərimizi Nizama Salmağın 5 Yolu

0
2177
 İşlərimizi Nizama Salmağın 5 Yolu

Həyat qaynar axınla hərəkət edir, günlər sürətlə bir- birini əvəz edir. Kimlərsə müasir həyatın gözlənilməz hadisələriylə ayaqlaşa və təcrubələrini şəxsi seçimlərinə tətbiq edə bilirlər. Bəs gündəlik işlərimizdəki xaosu necə nizama salmaq olar? Nələrsə həyata keçir, nələrsə yaddan çıxır və insanı darıxdırır, idarəmizdən çıxan işlər insanda sebri tükədir.. Yığılmış işlərdə səliqəli nizam salmaq üçün növbəti beş qaydaya diqqət yetirin.

 Birinci qayda: yeni tapşırıqlara stop!

İcazə verin bütün dünya gözləsin, onlarla heç nə olmayacaq,o heç də dağılmıyacaq. Buraxmaq çətindir? Qorxmayın, bununla işlərinizi rəfə səliqəli şəkildə yerləşdirmiş və mexaniki düymə ilə onların nizama düşməyinə şərait yaratmış olacaqsınız. Nəticə etibarı ilə, növbəti dayanacaqlara ehtiyyac olmayacaq, öz gedişatı ilə onları nizama salmış olacaqsınız.

Beləliklə, dayandınız. İndi isə səbirli olmaq lazımdır. Heçnəyə fikir vermədən işlərinizə köklənin. Siyahı hazırlayın, önəmli deyil elektron və ya əlyazma şəklində. Siyahınızdaki işləri tam yerinə yetirmədən, heç bir yeni işə keçməyin.

Ya da böyük bir hissəsini yerinə yetirməyin, əsas - daxili intizamınızla işləriniz üzərində xoş əhvalı əskiltməməkdir. Xoş əhval - işlərinizdəki yaxşı nəzarətin göstəricisidir.

Qayda iki : zaman xərclərimizi dəyərləndiririk.

Bəli, işlərinizdə lazımi bünövrəni qoymaq üçün tələb olunandan da çox vaxtınıza qənaət edin. Saat dəqiqəsinə kimi dəqiq olmasa da olar, heç tələb də olunmur. Bununla siz bir tapşırıgınızı yerinə yetirməyə nə qədər vaxt sərf etdiyinizi də daha aydın görə biləcəksiniz. Uzunmüddətlik işinizi də gözlədiyinizdən tez  həll edə biləcəksiniz. Belə yeniliklər faydalıdır : növbəti səfər artıq bunu ertələməli olmadığınız işlər sırasına yazacaqsınız. Aylarla zaman sərf edəcəyimiz işlər də olur. Əsas odur ki, onların üzərində davamlı işləmək və ertələməmək. Bu hesabata və digər bütün "kağız üzərində işlər"-ə aiddir. Böyük işləri müəyyən hissələrə bölməklə də yerinə yetimək olar. İşləri zamana görə ayıra bilmirsinizsə, siyahıya baxın, işlərinizi analiz edin və daha da rahatlaşdırın.

Qayda 3 : siyahımızdaki işləri analiz edirik.

Çətin hec nə yoxdur, sadəcə işlərinizi diqqətlə nəzərdən keçirin və vaciblik dərəcəsinə görə düzün. Başqalarının sizə ehtiyyac duyumadan işlərini həll etməyini təmin edin. Və işin keyfiyyətsiz görülməsindən qorxmayın, lazımı hissələri izah edin, keyfiyyəti tələb edin və tez-tez işlərin gedişatına nəzarət edin. Bütün işləri özünüzə saxlamayın, ürəklə başqalarına həvalə edin. 

Qayda 4 : Tapşırıqları planlı və nizamlı şəkildə yerinə yetiririk.

Siyahının başlığında ən kiçik işlər yer almalıdır, arxasi ilə isə boyuk işlər. Əvvəlcə vaxtınızı bir saatdan az ala biləcək işlərə sərf edin, icazə verin onlar bitsin. Sonra siyahının vəziyyəti nə yerdə qaldı ona nəzər yetirin. İşlərinizin üzərində aydınlıq hiss edəcəksiniz. Həmin vaxt əlavə işlər də əlavə edə bilərsiniz, sonra bu çox yaxşı bir vərdişə çevriləcək və növbəti səfər iş mexanizminizin sürətlə fırlanan təkərinə çevriləcək.

Amma hələki qalan işlərinizi 100% qaranti ilə həll etmək məqsədi ilə yazın. Qalan işlərinizə 20% ehtiyyat vaxt əlavə etməklə özünüzü daha da rahat hiss edə bilərsiniz.

Qayda 5 : Sərt planlamadan çəkinin.

Qarışıqlıq içərisində sərt planlama mənasızdır. Özünüzə biraz sərbəstlik verin : sərhədd qoymadan, başınız dinc olmalıdır bu zaman işləriniz daha yaxşı həll olunacaq. Heçnəyə heyifslənməmiş işinizi görün bu zaman stressdən də uzaqlaşacaqsınız. Deməli işlərimizə başlayırıq və nizamlı şəkildə yerinə yetiririk , bir işi həll etməmiş digərinə keçmirik.

Əsas yadınızda saxlayın ki, siz həmişə fasilə verə bilərsiniz, sadecə bunu hiss etməyə özünüzə icazə verin. Nizama salın, idarəetməni əlinizə götürün - və iş ritmi hərəkətə keçəcək.

Dağınıqlığı toplamaq əvvəlcə çətin gələcək, lakin növbəti səfərlərdə bu daha da rahatlaşır.

 

Tərcümə etdi : Ülkər Çələbiyeva 

ŞƏRH YAZIN