İnsanlardan Gözləntilərinizi Azaldın

0
3944
İnsanlardan Gözləntilərinizi Azaldın

 Əgər əsəblərin pozulubsa, o zaman ya şirin qəhvə ya da çay içə bilərsən. Çünki, çay və şirin qəhvə əsəblərin dərmanıdır. Avstraliya alimləri bu fikirdədirlər. 


Avstraliyalı alimlərin apardıqları tədqiqatın nəticələrinə görə, şirin qəhvə və çay insanı sakitləşdirir. Mütəxəssislər belə içkilərin insana emosiya və əsəblərini cilovlamağa kömək etdiyini sübut ediblər.

Alimlər 100 nəfərdən ibarət könüllülər qrupuna çətin məsələ veriblər. Birinci qrupun çay və qəhvəsi şəkərli, ikinci qrupun içkiləri isə şəkər əvəzləyicisi ilə olub. Məsələni həll etdikdən sonra alimlər onların gördükləri işi bilərəkdən tənqid ediblər. Şəkərli içki içənlər tənqidi daha sakit qarşılayıblar. 

Ekspertlər ailədə və iş yerində münaqişəyə yol verməmək və əsəbləri sakitlətmək üçün şirin qəhvə və çay içməyi məsləhət görüblər.

ŞƏRH YAZIN