Nə şiş yansın, nə kabab!

0
2783
Nə şiş yansın, nə kabab!

İş zamanı bəzən gərgin anlar yaşaya, stresimizi atmaq üçün fürsət axtara bilərik. Sizə sadə yollarla, işdə stresi azaltmanın yollarını təqdim edirik:

• Zaman bölümünə diqqət edin. Bir siyahınız olsun. Bura həm edəcəklərinizi, həm də etməməli olduqlarınızı qeyd edin. Bununla harda "hə", harda "yox" deməli olduğunuzu unutmayacaqsınız.

• Sakit olmağa çalışın. Çox stresli olduğunuz anlarda dərindən nəfəs alın və sakit olun. Bir də bədəninizin eyni şəkildə və eyni enerjiylə hərəkət etməli olduğunu ağlınızda saxlayın.

• Gülümsəyin. Qəhqəhə stresi azaldır. Amma zorla deyil, içdən gülün.

• Çalışarkən qısa fasilələr edin. İş arası 5 dəqiqə fasilə etmək sizi motivasiya edər. Dostlarınızla söhbət edin, çay için. Bununla həm də idman da etmiş olarsınız.
 
• Qarşınızdakını daha çox dinləyin. İş yoldaşlarınız sizinlə ortaq fikirdə deyilsə, gərginləşməyin, dinləyin və ortaq fikirə gəlməyə çalışın.

• Bir məsləhətçi ilə çalışın. Sıxıntınızı və istəklərinizi paylaşa biləcəyiniz, məsləhətləşə biləcəyiniz biri olsun. Həmin insandan dəstək almaq həm ruhsal, həm də iş dünyasında sizə kömək olacaq.

• Yuxuya diqqət edin. Yuxu pozuntusu da stress yaradır. Stresli günün sonunda yaxşı bir yuxu alın.

• Xoş ünsiyyətli dostlar tapın. İşdə həmişə pozitiv düşüncəli insanlarla daha çox ünsiyyətdə olmağa çalşın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN