Dərs oxumamaq üçün hakerlik edən şagird

0
2493
Dərs oxumamaq üçün hakerlik edən şagird

Alimlərin qənaətinə görə mədəni kişilər daha tez depressiyaya düşür.

Norveçin Elm və Texnologiya İnstitutunun alimlərinin araşdırmaları nəticəsində maraqlı və kifayət qədər qəribə fakt ortaya çıxıb. Sən demə, əksər kişilər mədəni həyat keçirən zaman daha çox depressiyaya düşürlər. "The Daily Telegraph" araşdırmanın nəticələrinə əsasən yazır ki, mədəni və mənəvi dəyərlərə fikir verməyən kişilər depressiyadan daha az əziyyət çəkirlər. "Mədəni həyat keçirməyə məcbur edilən kişilər həyatları boyunca daha çox depressiya keçirirlər" - deyə alimlər bildirir.

Araşdırma təxminən 50 min nəfər üzərində aparılıb. Məlum olub ki, məsələn, mənzili olmayan kişi bundan daha az depressiya keçirir, nəinki musiqinin və ya hansısa tamaşanın təsirindən. Qadınlarda isə belə hal üzə çıxmayıb. Bununla yanaşı, alimlər mədəni həyatın həm kişilərin, həm də qadınların əhvalına ilkin mərhələdə müsbət təsir göstərdiyini müəyyənləşdiriblər. Araşdırma müəllifləri mədəni həyat tərzinin insanın fiziki sağlamlığına da təsirini müəyyənləşdirməyə çalışsalar da, belə əlaqə tapa bilməyiblər.

Depressiya kişilərdə də olduqca sıx görülən və insanın həyatının dadını qaçırmağa səbəb olan bir xəstəlikdir. Üstəlik, qadınlar depressiya zamanı müalicə olunur, kişilər isə demək olar ki, onu xəstəlik hesab etmirlər.

Kişilərlə qadınların depressiya əlamətləri oxşardır. Amma kişilər depressiyanı fərqli şəkildə ifadə edirlər. Qadınlar bədbəxtəm, kədərliyəm, özümü günahkar hiss edirəm, kifayət qədər yaxşı ana ola bilmədim kimi sözlərlə ruh hallarını ifadə edirlər. Kişilər əsəbiyəm, narahatam, dözülməzəm, yuxum pisdir, cinsi istəyim azaldı kimi şikayətlənmələri daha çox dilə gətirirlər. Kişilər daha güclü olmaları lazım olduğunu düşünərək öz fikirlərində zəiflik kimi görünən bəzi ruh hallarını inkar edərlər.

Bəs kişilərdə müalicə edilməyən depressiyanın nəticələri nələrdir? Kişilərdə depressiya dağıdıcı nəticələr doğura bilməkdədir. Depressiyada olan kişilərdə qadınlarla müqayisədə intihar ilə ölüm nisbətləri təxminən dörd qat daha çoxdur. Daha çox qadın intihara cəhd etsə də, bundan fərqli olaraq kişi intihar nəticəsində öz həyatını sona çatdırır. Bu, kişilərin yüksəkdən atlama, odlu silah istifadə etmə kimi daha sərt üsulları istifadə etməsindən irəli gəlir.

Depressiya yaşlanmanın normal bir parçası olmamasına baxmayaraq, yaşlı kişilərdə ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin, depressiyanın da daha tez izlənilməsi ilə nəticələnir. Təqaüd ilə birlikdə kişinin gəlir və iş itkisi olur, kişi özünü boşluqda və gücünü itirmiş hiss edə bilir. 

Hər il xüsusilə qış mövsümündə özünüzü çökmüş kimi hiss edirsinizsə, depressiya müalicəsi almağınıza baxmayaraq, göstəricilər düzəlmirsə, sizdə də D vitamini əksikliyi ola bilər. Son araşdırmalar D vitamini çatışmazlığının depressiya əlamətləri yaratdığını göstərir. Lakin tam olaraq D vitamini və depressiyanın hansı mexanizm ilə əlaqəli olduğu bilinmir. Ancaq bildirilir ki, D vitamini əskikliyi depressiyaya səbəb ola bilər, ya da depressiya aşağı D vitamini səviyyələri üçün risk artıra bilər. Məsələn, depressiya diaqnozu olan insanların daha çox zamanlarını qapalı sahələrdə keçirmələri, daha az sağlam bəslənmələri D vitamini səviyyələrini aşağı salır. Beyin də daxil olmaqla bütün bədəndə D vitamini ilə çalışan hüceyrələr olur. D vitamininin əksik olması bu hüceyrələrin yanlış işinə yol açır. Depressiyanın ortaya çıxmasının mexanizmi bu, ola bilər.

Qış mövsümündə D vitamini ilə zəngin olan balıq, süd və süd məhsullarını rasiona daxil edin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN