Stress Nədir?

0
2699
Stress Nədir?

Stress sözündən tez-tez istifadə edirik. Amma stress nədir soruşsanız, bəlkə də bir çoxu bilmir. Əgər siz də bilməyənlərdənsinizsə, o zamana diqqətlə oxuyun.

Stress – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir. Stress nə yaxşı, nə də pisdir. Bu sözün müsbət və ya mənfi məzmun alması onun hansı kontekstdə işlədilməsindən asılıdır.  Bir tərəfdən stress həyatı canlandıran, xilas edən qüvvə, digər tərəfdən isə həyatı məhv edə biləcək qüvvədir.

Stressin insanlar üzərindəki təsiri insanlara görə dəyişməkdədir. Ümumi olaraq aşağıdakıları qeyd etmək  olar:
 
• özünə inamsızlıq

• yuxu pozğunluğu

• müxtəlif sağlamlıq problemləri

• gələcək qorxusu

• məişət və iş qəzalarında artış

• iş tempinin düşməsi

• səhv addımlarda  artış

• sosial münasibətlərdə azalma

• rəqabətin artması

• güvənsizlik  duyguları

• mübahisənin  artması

• işləmə  müddətinin artması  və ya azalması vs.

Stressli vəziyyətdə nə edə bilərik?

 • Xeyr! - deməyi öyrənin. Ekstra işlərə, istəmədiğiniz sosial  və zamanınız olmayan dəvətlərə  xeyr  demek  sakit bir həyat üçün  önəmli bir addımdır. Bunun üçün zaman-zaman   sakit  və yalnızlıq üçün vaxt ayırın.

• Ehtiyaclarınızı  seçimlərə  çevirin. Əsas  ehtiyaclarımız  yemək, su və özümüzü istidən,soyuqdan qorumaqdan ibarətdir. Geriyə qalan hər şey sizin seçiminizdir.Beləliklə  yaşamınızdaki seçimlərinizə çox bağlanmayın.

• Şübhəçi və həyəcanlı  olmayan insanlarla dostluq edin. Heç  bir şey pessimist  bir insanın duyğularının keçici olması qədər  təsirli  deyildir. Qısa bir müddət  içində siz də onun kimi ola bilərsiniz.

• Əgər  işiniz uzun müddət  oturmaqla əlaqədardırsa, arada bir ayağa qalxıb bədəninizi rahatladın.

• Yuxunuzu  alın. Tez yatma vərdişi qazanın.

• Xaos içində səliqə yaradın. Evinizi və işinizi elə  bir şəkildə idarə  edin ki, nəyin harda olduğunu bilin. Əşyalarınızı yerlərinə qoymağı vərdiş  halına  gətirin, beləcə  bir şeyləri axtarmanın stressindən azad olarsınız.
 
GÜLÜN.............NİYƏ Gülək? deyə soruşursunuzsa aşağıdakı faktları oxuyun. 

• Vilyam Osper ingilis filosofu və həkimi qeyd edir ki,  gülüş həyatın musiqisidir  və gün ərzində 17 dəqiqə gülən insan bir il ömrunu uzadır.

• Yaponiyada vərəm xəstələri ilə gülmə seansları keçirilir.

• Malaziyada imtahan qabağı tələbələrə nəfəs təlimləri və gülmə seansları verilir.Bu seansları keçənlər rahat imtahan verirlər

• Amerikada artıq 10 ildir ki, hərbi hissə komandirlərini gülüş seminarlarına göndərirlər..Dərsləri məşhur aktyor Çarlz Metkaf aparır və dərsin adı "yumorobika" adlanır.

Beləliklə stressə meydan oxuya bilərsiniz.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN