Stress Zamanı Sakitliyi Necə Təmin Etməli

0
2256
Stress Zamanı Sakitliyi Necə Təmin Etməli

Aparılan son araşdırmalar göstərir ki,iş həyatında uğur qazanmağın ən əsas açarlarından biri də emosiyaları cilovlamaqdır.
Təzyiq altında çalışarkən emosiyanı idarə etmək və sakitliyi qorumaq qabiliyyəti ilə iş fəaliyyəti arasında birbaşa əlaqə vardır.TalentSmart-ın bir milyondan çox insan arasında apardığı araşdırmanın  nəticəsinə əsasən 90%-dən artıq aparıcı uğurlu işçilər stresli vaxtlarda emosiyalarını tənzimləməyə müvəffəq olan və sakitliklərini qorumağı bacaran insanlardır.

Uğurlu insanların çətin və stresli situasiyalarla qarşılaşdığı zaman sakitliklərini qorumasının bir neçə yolları vardır. Onlar arasında ən geniş yayılanlar barədə aşağıda qısaca məlumat verəcəyik.
 
Onlar hal-hazırda əllərində olan imkanları dəyərləndirirlər.Bəzi gərəkli nəsnələrin olmamasından şikayətlənməkdənsə,əldə olan resurslardan istifadə edərək işləri qaydasına salmaq əhvalı müsbətə doğru dəyişir və stres hormonu olan kortizolun 23 faizədək azalmasına gətirib çıxarır.
 
Onlar “Əgər birdən… ?” –lə başlayan suallardan uzaq dururlar.“Əgər birdən… ?” tipli suallar hər zaman daha çox stres və narahatlıq gətirir.Çünki hadisələr müxtəlif istiqamətlərdə cərəyan edə bilər və o hadisələrin olabilmə imkanları haqqında düşüncələrə nə qədər çox vaxt sərf edilərsə,onların həllinə sərf ediləcək vaxt bir o qədər az olacaqdır.
 
Onlar daha az kofein qəbul edirlər.Kofein içmək adrenalin artımını tətikləyir.Adrenalinin yüksək olması isə sizin lazımsız mübahisələrə cəlb olunmağınıza gətirib çıxara bilər.Stresli situasiyalarda bu arzuolunmazdır.
 
Onlar yatmağa vaxt ayırırlar.Yatmaq özünüidarəetmə,diqqət və yaddaş üçün olduqca önəmli faktordur.Yuxu rejiminin normal olmadığı insanlarda stres hormonunun səviyyəsi yüksək olur və bu da mürəkkəb situasiyalarda idarəetmədə çətinlik törədir.
 
Onlar daxili aləmlərində “öz-özünə neqativ danışmağ”ı (negative self-talk) dayandırırlar. Sakitliyi qorumaq yolunda ən əsas addımlardan biri də insanın öz-özünə mənfi xarakterli söhbətləşməsini dayandırmasıdır.Nə qədər ki mənfi xarakterli fikirləri insan öz-özünə götür-qoy edir,o qədər çox həmin fikirlərə enerji sərf edir və bu fikirlərin əksəriyyəti sadəcə olaraq “fikir”dir, fakt deyildir.
 
Korrektə etdi:Günel İbadova
 
 

ŞƏRH YAZIN