Aparılan maraqlı araşdırmaya əsasən, gülümsəməyin çətinliklıri dəf etdiyi ortaya çıxıb. Belə ki, istənilən təbəssüm, hətta saxta olsa belə gülümsəmək stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər. Xalq hikməti hər bir xoşagəlməz hadisəyə təbəssümlə qatlaşmağı tövsiyə edir.
Bunun hər hansı bir faydası varmı? Doğrudanmı, təbəssüm pis ovqatı aradan qaldırmağa və stressin qarşını almağa kömək edir?
Bunu aydınlaşdırmaq üçün ABŞ-ın Kanzas Universitetinin psixoloqları yüzdən çox könüllü üzərində təcrübə aparmışlar. Onların hər birinə iki cür gülümsəmə öyrətmişlər yalnız ağız əzələlərinin iştirak etdiyi standart gülümsəmə və ağız əzələləri ilə yanaşı, gözətrafı əzələlərin də iştirak etdiyi "əsl", yaxud «səmimi» və ya «Dyuşen təbəssümü». Məşqlərin əsas xüsusiyyəti ondan ibarət olmuşdur ki, iştirakçılar qida çöplərinin köməyi ilə gülümsər üz ifadəsi almağa məcbur edilmişlər. İlk baxışdan qəribə görünən bu şərt psixoloqlara «təbəssüm» sözündən qurtulmağa imkan vermişdir: təcrübədə iştirak edənlərdən bəziləri nəticənin necə olacağını bilmədən, sifətlərində sadəcə olaraq, hər hansı bir ifadə yaratmışlar.
Məlum olub ki, təbəssüm doğrudan da bizim fiziki vəziyyətimizi yaxşılaşdırır: səmimiyyətlə gülümsəyənlər üzlərində süni təbəssüm yaradanlarla müqayisədə stressdən daha az əziyyət çəkirlər. Başqa sözlə, üzdəki təbəssüm ifadəsi həqiqətən çətinliklərdən qurtulmağa kömək edir. Elə buna görə də, mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə, gülümsəyin. Üzünüzdə təbəssüm yaratmağa cəhd edin. Bu sizə xoşbəxtlik bəxş edəcək.
Korrektə etdi: Günel İbadova