Yorğunluq Yaradan Vərdişlər

0
2709
Yorğunluq Yaradan Vərdişlər

Uşaqdan böyüyə hər kəsin əziyyət çəkdiyi yorğunluq, tükənmişlik hissi əslində bizə bir mesaj verir. 

"Dayan və özünü dinlə"

Potensialımızı azaldan bu yorğunluğun səbəbi yanlış vərdişlərimiz hesab olunur. Bədənimizi yoran 10 yanlış vərdişi təqdim edirik:

Yuxusuz qalmaq. Hüceyrələrin yenilənməsinə xidmət edən melatonin qaranlıq şəraitdə, əsasən 23:00-05:00 arasında ifraz olunur. Az yatan insanlarda isə kifayət qədər ifraz olunmayaraq yorğunluğa səbəb olur.

Günə səhər yeməyini yemədən başlamaq. Gecə yatarkən qaraciyərdə olan enerji deposu boşalmağa başlayır. Səhər oyanarkən də bədən enerji deposunu doldurmağa çalışır. Əgər səhər yeməsəniz, qan şəkəriniz düşər və özünüzü yorğun hiss edərsiz.

Hərəkətsiz həyat yaşamaq. Bu insanlar çox vaxt halsız olurlar. Müntəzəm olaraq idman etmək məsləhətdir.

Tətilə getməmək. Ağır tempdə işləyən insanlarda zamanla beyin yorğunluğu yaşanır. Bu halda tətil etmək lazımdır. Tətilin məhsuldar olması üçün kompüterdən uzaqlaşmaq, telefon danışıqlarını azaltmaq lazımdır.

Texnologiya istifadəsində həddi aşmaq. Şüalar gecə boyunca ifraz olunan melatoninə mənfi təsir edir. Bu cihazların yuxu əvvəli və yataqda istifadəsi yuxu keyfiyyətini azaldır. Yatmadan 2 saat əvvəl texnoloji cihazların istifadəsini dayandırın.

Çay və qəhvəni gec saatda içmək. Günə enerjili başlamaq üçün erkən saatlarda qəhvə və çay içdikdə zamanla bədəndə kafein toplanır ki, bu da halsızlığa, neqativ enerjiyə yol açır. Yatmadan 6 saat əvvəldən bu içkiləri dayandırın.

Kifayət qədər su içməmək. Bədənimizdəki suyun yüzdə 2-ni itirdiyimizdə enerjimiz tükənir. Qan həcmi azalır, əzələlərə oksigen yetərincə getmir. Gündə 2 litr su için.

Karbohidrat ağırlıqlı qidalanmaq. Çox qlükoza tərkibli qidalar yemək insulin artımına səbəb olur. Qan şəkəri aşağı olur. Diqqət itkisi, əsəbilik, yuxu halı, yorğunluq yaşanır. Narıncıgillər və banan az yeyilməlidir.

Özümüzə vaxt ayırmamaq. İşə, iclasa qaçmaq, bitmək bilməyən telefon danışıqları, mail-ləri cavablandırmaq, uşağı məktəbə aparıb gətirmək... Bütün bunların qarşılığını yorğunluqla ödəyirik.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN