Musiqi ruhun qidasıdır deyə boşuna deyilməyib.Musiqi həm əhvalımızı qaldırmağa və əksinə, korlamağa da qadirdir.Alimlər musiqinin insana təsirinin bizim təsəvvür etdiyimizdən də qat-qat çox olduğunu sübut ediblər.
Yəqinki,hər birimizin fərqli əhval-ruhiyyədə həyatımızın müxtəlif mərhələsində dinləməyimiz üçün sevimli musiqi kompazisiyaları mövcuddur.Hər kəs müxtəlif tərz musiqiləri özünə məxsus şəkildə qəbul edir.Kimisi klassik musiqinin sədaları altında yuxuya getməyi,kimisi isə oyanmaq üçün ağır rokun akkordlarını dinləməyə ehtiyac duyur.Bununla belə elm müxtəlif növ musiqinin insanın psixi və fiziki halına təsirinin müəyyən qanunauyğunluğunu müəyyən edib.
Musiqinin müxtəlif tərzi insanın emosional və hətta fiziki sağlamlığına müxtəlif təsir göstərə bilər.Musiqinin insana təsiri hər şeydən öncə onun psixo-emosional vəziyyətinə əsaslanır.Əgər musiqi psixo-emosional vəziyyətlə uygunlaşırsa,o zaman musiqi müsbət təsir bağışlamağa meyillidir.Uyğunlaşmadığı halda isə musiqinin təsiri kifayət qədər mənfiləşir.Bundan əlavə,milli-mədəni mənsubluq da həmçinin,musiqi qavrama amili olaraq qəbul edilir.Məsələn;bir avropalı daima şərq musiqisini dinləməklə özünü rahat hiss etməz və bu cür musiqinin uzun muddətli təsiri onda güclü psixi narahatçılıq törədə bilər.Eyni zamanda Asiya millətinin də qərb musiqisi bir o qədər də könlünü oxşamaz.Lakin musiqinin faydalı təsiri artiq sübut olunub. Mütəxəssislər iddia edirlər ki,musiqinin tərzi,ritmi və tonallığından əlavə onun hansı alətdə çalınması da əhəmiyyət daşıyır.Musiqi alətinin səslənməsi insan orqanizminin müəyyən sistemlərinə təsir göstərir.Forte-pianoda ifa psixikanın sabitləşmsinə kömək edir,böyrəklərin fəaliyyətini normalaşdırır,qalxanabənzər vəzini təmizləyir.Simli alətlər- gitar,skripka,violonçel və s. ürək-damar sisteminin fəaliyyətini normalaşdırır.Bundan əlavə,musiqi alətlərində ifa insanda mərhəmət və fədakarlıq hissləri oyadır.Nəfəs alətləri nəfəs sisteminin çalışmasına səbəb olur,ağ ciyər və bronxları təmizləyir.Qan dövranına müsbət təsir göstərir. Zərb alətləri öz növbəsində ürək ritmini bərpa edir,qaraciyər və qandövranı sistemini müalicə edir.İstənilən bir musiqi əzələ gərginliyini aradan qaldırır və gumrahlığı artırır,məlumatın daha aydın və dəqiq qavranılmasına səbəb olur.
Musiqinin insana təsirini araşdırarkən alimlər bir çox klasik əsərlərin möcüzəvi təsirini təsdiq ediblər.Daha geniş müzakirələr isə ən çox Motsart,Vivaldi,Qriq,Çaykovski,Şuman,Bethoven,Şubert və Debyussinin yaratdıqları əsərlər ətrafinda gedir.Bundan əlavə klasik musiqi revmatizmaya qarşı ən yaxşı dərmandır.Bir sıra sınaqlardan sonra alimlər musiqi dinləyən xəstələrin dinləməyənlərə nisbətən,iki qat tez sağaldıqlarını sübut ediblər.Xalq mahnıları da həmçinin,insana müsbət təsir göstərir.Etnik musiqi insana rahatlaşmağa və sakitləşməyə kömək edir,ətrafı mənfi təsirdən təmizləyir və insanın biosahəsini enerjiylə təmin edir.Musiqinin sizə hansı təsiri göstərdiyinin bilmək üçün müxtəlif janrda musiqi dinlədiyinizdə özünüzə qulaq verib,musiqi parçasının sizdə hansı təəssuratlar və emosiyalar yaratdığını anlamağa çalışın.
Korrektə etdi: Günel İbadova