Bədən Dili İlə Yalan Söylənilə Bilərmi

0
2773
Bədən Dili İlə Yalan Söylənilə Bilərmi

İş həyatında ən çox yalan söyləmək məcburiyyətində qalan insanların katibələr olduğu bir reallıqdır. Bunun səbəbi, xüsusilə müdirimizin adıyla başqaları ilə ünsiyyət içində olmağımızdır. Müdirimiz ilə digər işçilər arasında, müdirimiz ilə digər müdirlər arasında, müdirimiz ilə şəxsi həyatındakı insanlar arasında, müdirimiz ilə müdiri arasında hər zaman bir körpü rolunu oynayarıq. 

İdarəçilərimiz görüşmək istəmədikləri insanları müəyyənləşdirib kənara çəkilirlər, sonrası isə bizə aiddir. Bundan əlavə, xəbərsiz, görüş almadan gələn qonaqlar ilə maraqlanmaq, onların rahatlığını təmin etmək...
 
Ən çox rast gəlinəni isə idarəçimizin bir xətasını üstümüzə almaqdır. Bizə verməyi lazım olduğu bir yazı gecikmişdir. Baş müdir əsəbləşməsin deyə topu bizə atar, “hələ də yazmadın mı?” deyər. Biz də “siz mənə yazı verməmisiz ki” demək əvəzinə, “üzr istəyirəm, indi yazaram” kimi bir şeylər deyərik. Halbuki yazını görməmişik belə. 
 
Budur bu cür vəziyyətlərdə bədən dili idarə altına ala bilərsək, qarşımızdakı insanın bizə güvənməsini təmin edər və vəzifəmizi daha da yaxşı görmüş olarıq. Daha da önəmlisi bədən dili ilə yalan söyləməyi tapsaq qarşımızdakı insanın bizə yalan söyləyib söyləmədiyini çox asan başa düşərik. 
 
Bədən dili ilə yalan söylənilə bilərmi?
Bu suala veriləcək cavab: əsas hərəkətlər, bədənin mikro işarələri və deyilən sözlər arasında ortaya çıxacaq uyğunsuzluqdan dolayı  “xeyr” olacaqdır. Məsəslən, açıq ovuçlar dürüstlüyü göstərir, lakin qarşınızdakı yalan söyləyərkən ovuçlarını açıb sizə gülümsəsə belə mikro hərəkətləri onu ələ veərəcək. Göz bəbəkləri kiçilə bilər və ya ağızının ətrafı əyilə bilər. Və bu hərəkətlər açıq ovuç işarəsi və içdən gülümsəməylə uyğunlaşmaz. Nəticədə qarşınızdakı insanın söylədiklərinə inanmamaq hissi yaranır.
 
Yalanları gizlətmək üçün bədənin başqa hər hansısa bir yerindən daha çox üzümüzdən istifadə edərik. Gizlətmək üçün gülümsəmələr, baş sallamalar və göz qırpmalar istifadə etsək də təəssüf ki, bədən hərəkətlərimiz burada da doğrunu söylər və üz hərəkətlərimizlə  bədən hərəkətlərimiz arasında bir uyğunsuzluq ortaya çıxar. 
 
Yalan söyləməklə bağlı çətinlik, şüuraltı zehnimizin avtomatik olaraq işləməsi, sözlü yalanımızdan asılı olmayaraq hərəkət etməsi ilə bədən dilimizin bizi ələ verməsidir. Çox nadir yalan söyləyən insanların nə qədər inandırıcı olur olsunlar asanlıqla yaxalanmalarının səbəbi də budur.  Işi səbəbilə tez-tez yalan söyləməsi lazım olan insanlar hərəkətlərinə iki yolla incəlik qazandıra bilərlər. 
 
Birincisi, yalan söyləyərkən doğru olduğunu hiss etdikləri hərəkətlərlə praktika keçə bilərlər. Lakin çox uzun müddətdən sonra və saysız yalan söylədikdə uğurlu ola bilərlər. İkincisi isə, yalan söyləyərkən heç bir müsbət və ya mənfi hərəkətlərdən istifadə etməyəcəkləri şəkildə çox hərəkəti aradan qaldıra bilirlər, lakin bu da çox çətin işdir.
 
Göz oxuma ustalığı
Bəzi insanlarla danışarkən rahat, bəziləri ilə narahat olar, hətta onları güvənilməz hesab edərik. Bu əslində bizə baxdıqları və ya danışarkən baxışlarımıza qarşılıq verdikləri  müddətlə əlaqədardır. Baxışların dilini taparaq həm qarşı tərəfi də daha asanlıqla başa düşə bilər, həm də öz davranışlarımızı idarə edə bilərik.
 
Sizdən nəsə gizlənilirmi
Biri dürüst deyilsə və ya bir şeylər gizləyirsə baxışları bizimki ilə ümumi zamanın üçdə birindən daha az nisbətində qarşılaşacaqdır.
 
Səssizcə meydan oxuyanlar
Buna əlavə olaraq göz bəbəkləri də büzüşürsə, sözlü olmayan bir meydan oxuyur ola bilər.
 
Baxışlarla yaxşı münasibət qurmaq üçün
Başqa biriylə yaxşı bir münasibət qurmaq üçün ümumi zamanın yüzdə 60-70 faizində onunla göz-gözə gəlməyiniz lazımdır.
 
Tərcümə edən: Cəlalə Yəhya 
 

ŞƏRH YAZIN