Siyasətçilərin Həyatında Bədən Dilinin Rolu

0
2875
Siyasətçilərin Həyatında Bədən Dilinin Rolu

Hər bir insan yaşadığı müddət boyunca bir dəfə də olsa auditoriya qarşısında çıxış etmişdir:istər kiçik auditoriya,istər dost məclisi,istərsə də böyük bir kütlə qarşısında olsun.
Bəzi insanlar isə bir ömür boyu işləri ilə əlaqədar olaraq auditoriya qarşısında çıxış etməli olurlar.Siyasətçilər də bu qrupdan insanlara daxildir.Aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki,ünsiyyət zamanı qarşımızdakına təsir edən faktorlar belə bölünür:

1. Danışıq ( nə danışdığımız ) - 7 %
2. Səs tonu - 38 %
3. Bədən dili ( ümumi görüntü )  - 55 %

Bu tipli çoxsaylı araşdırmaların nəticəsi hər zaman bir-birinə yaxın olub.Buradan bu nəticəyə gəlmək olar ki,əsas nə danışdığımız deyil necə danışdığımızdır.Bədən dilindən və səs tonundan düzgün istifadə etməklə çıxışın məzmunundan asılı
olmayaraq müəyyən uğur əldə etmək mümükündür.Buna ən gözəl nümunə siyasətçilərin çıxışları,bədən dilləri və rəng seçimləridir.
Bəlkə də bu kiçik şeylər bəzilərinizə mənasız görünə bilər,amma diqqətli olsanız hər gün efirdə görünən liderlərin,siyasətçilərin çox professional şəkildə bu kiçik “hiylələrdən” istifadə etdiyini görərsiniz.Siyasətdə ən kiçik hərəkətin belə bir mənası var və bu hərkətlər bədən dili mütəxəssisləri tərəfindən öyrədilir.
Ərdoğan çıxışları zamanı kütləni mütləq nəzərə alır və hər dəfə  onlardan biri olduğunu çatdırmağa çalışır.Məsələn:Sivasta çıxışı zamanı sivaslıların ləhcəsi ilə “qardaş” sözünü bir neçə dəfə işlətdi.Kürdlərin toplu şəkildə yaşadığı ərazilərdə söhbət əsnasında mütləq “Ahmet Kaya” mövzusuna toxunur.Trabzondakı digər bir çıxışı zamanı da eynən ləhcə ilə “e bak doğru diulmu ?”, “ha bi bekle” və.s bu kimi ifadələrlə kütləyə onlardan biri olduğunu inandırmağa çalışdı.
Əgər Ərdoğanın ilk nazırlik illərindən şəkillərə diqqət yetirsəniz bədən dilinin çox zəif olduğunu dərhal anlayarsınız.Bu mövzuda sonradan peşəkar dəstək aldığı məlumdur.Məsələn:Ərdoğan rəqibləri haqqında danışarkən hər zaman işarə barmağı ilə rəqiblərini günahlandırır.Bədən dilində şəkildə gördüyünüz hərəkət: “barmağın tuşlandığı insanın  günahkar olduğunu və buna görə cavab verəcəyini” bildirir.
Daha çox istifadə olunan digər bir hərəkət isə güvən hissi aşılayan hərəkətlərdir.Çıxış zamani əllər nə qədər bel hissəsindən ayrılar və havaya qalxarsa,bu qarşındakına güvən hissi aşılayar.Ovuc içləri isə qarşısındakı insanlara doğru “mən sizlərdən biriyəm, mənə güvənə bilərsiniz” deyər. Bu hərəkəti daha çox  Berlusconi edir.
Siyasətdə digər önəmli bir məsələ də baxışlardır .Üzdə baxışların yönəldiyi rəsmi bölgə alın nayihəsi sayılır.
Görduyunuz kimi siyasətçilərin bədən dili onlarin siyasətdə xüsusi mövqe tutmalarına kömək edir.

 

Korrektə etdi: Günel İbadova

 

ŞƏRH YAZIN