Yalanı Necə Başa Düşmək Olar

0
3169
Yalanı Necə Başa Düşmək Olar

 

Bir insanın sizə yalan söylədiyini başa düşə bilərsiniz? Yalan söyləyən insanın davranışları necə olur? 

Yalan söyləyən şəxs göz təması qurmamağa çalışır, göz-gözə gəlməmək üçün əlindən gələni edər. 
Yalan söyləyən və ya hər hansısa bir doğrunu gizlədən  insan əllərindən və qollarından daha az istifadə edir.
Sual verildiyində əlləri möhkəmcə qapanır və ya ovucları aşağı dönük vəziyyətdə olur.
Əllərini üzünə və ya boynuna doğru aparmış ola bilər. Bunun xaricində bədənilə elə də təmas qurmaz.
Verdiyi cavab səbəbilə içinin rahat olduğunu göstərməyə çalışan insan qeyri-müəyyən tərzdə çiyinini oynadar.
Əl və qol hərəkətləri ilə söylədiyi sözlər arasında zamanlama xətaları vardır.
Təəccüblənmiş, qorxmuş ya da xoşbəxt imiş rolu oynayırsa, üzündə olan ifadə ağız bölgəsi ilə limitli qalacaqdır. 
Adətən, yalan söyləyən insanın kürəyi dik pozisiyada olmur. 
Onu ittiham edən insandan uzaqlaşmaq istəyilə baxışlarını qapıya doğru zilləmiş olur. 
Danışdığı insanla ya çox az, yaxud da heç bir fiziki təmas qurmaz.
İşarət barmağını razı salmaq istədiyini şəxsə yönəltməz. 
Şüuraltından gələn real duyğular, düşüncələr və niyyətlər dil yanılması şəklində ortaya çıxar.
Qarşısındakı şəxs danışdığı hekayəyə inanana qədər daha artıq məlumat verməyə davam edər.
Yalan söyləyən insan “mən”, “biz” və “bizim” kimi əvəzliklərdən ya çox az istifadə edər, yaxud da heç istifadə etməz.
İstifadə etdiyi kəlimələr açıq və dəqiq olmaya bilər.
Soruşulan suallara nisbətən daha artıq reaksiya verə bilər.
Bütün suallarınıza cavab verə bilər, lakin özü sizə heç bir sual verməz.
Mövzu dəyişdirildiyi zaman rahatlayar və gəriginliyi azalar.
Haqsız yerə günahlandırıldığına əsəbləşməz. “Doğrunu söyləmək lazımdırsa”,  “dürüst olmaq lazımdırsa” və “niyə yalan deyim ki” kimi cümlələrdən istifadə edər.
Sualı əvvəlcədən düşünmüş və cavabını hazırlamışdır.
Sualınızı təkrar etməyinizi istəyər və ya suala sualla qarşılıq verər.
Diqqətinizi dağıtmaq üçün zarafat edər.
Daha ətraflı açıqlamaya ehtiyacı olan mövzuları adi bir şey imiş kimi danışar.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN