Yalanını bu yolla anlayın

0
3164
Yalanını bu yolla anlayın

 Qarşı tərəfin bizə yalan danışdığını anlaya bilərikmi? Düşünmədən deyirəm, bəli. Məşhur psixoloq Lillian Qlass da deyir ki, bunun üçün danışanın üz ifadəsinə, bədənin dilinə və istifadə olunan danışıq ifadələrnə nəzər salmaq lazımdır.


Məsələn, əgər qarşı tərəfin gözlərini tez-tez qırpma adəti varsa o zaman o insan sizə yalan danışarkən gözlərni sizə doğru zilliyəcək. Özünün “Yalançıların bədən dili” adlı kitabında Qlass 7 əsaslandırmaya görə qarşı tərəfin yalan danışdığnı göstərir.  

Ani olaraq başını sallayır 

Əgər görürsüz ki qarşı tərəf qeyri-ixtiyarı başını hərəkət etdirir, aşağı və sağa sola sallıyır, o zaman birbaşa suala keçin, çünki o sizə yalan danışmağa hazırlaşır. 

Hərəkətsiz dayanır 

Sirr deyil ki, insanlar əsəbləşəndə və ya özlərini narahat hiss edəndə bir yerdə dura bilmirlər, Qlassa görəsə, yalan danışan insan ya yerində durur ya da oturur. 

Qlass deyir : “Bu primitiv nervoloji mübarizənin əlaməti ola bilər. Bədən qeyri-ixtiyarı mümkün qarşıdurmaya hazırlaşır. Adətən insan söhbət zamanı azda olsa hərəkət edir və eyni zaman da rahat olur. Əgər siz görürsüz ki, danışan kəs hərəkətsiz vəiyyətdədir, demək ki, burda nəsə yalnışılıq var.”  

Qeyri-ixtiyarı əlin hərəkəti 

Məsələn, yalan danışan şəxs adətən boğazına və ya qarnına toxunur. “ Mən tez-tez konsultant kimi məhkəmə zalında bu cür hərkətin şahidi olurdum. Müttəhimin qeyri ixtiyarı, məsələn, əlini boğazına aparırsa, bunun səbəbi şahidlərdən kiminsə ifadəsi təqsirlədirən şəxsin əsəbləşməsinə gətirir çıxarır.” 

Əlini ağzına aparmaq və əli ilə ağzını tutmaq  

Bu danışan siqnaldı, bu sübut edir ki , insan yalan danışır. İnsanlar əlləri ilə dodaqlarna toxunma səbəbi onların həqiqəti demək istəmədiklərinən irəli gəlir. 

Çətinliklə danışır 

Əgər siz nə vaxtsa şübəli bilinən şəxsin lent yazısını eşitmisizsə, yəqin ki siz onun necə çətinliklə və qarışıq danışdıqnın fərqinə varmısız. Belə anlarda ağız suyu azalır və boğazın qurumasına gətrib çıxarır. Əgər insan dodaqlarnı yeyir və ya bir birnə sıxırsa demək yalan danışır. 

Həddinən artıq danışır    

Əgər söhbət zamanı insan çox və lazımsız informasiya çatdrırsa çox güman ki, o yalan danışır. Yalan danışan insanlar adətən çox danışırlar və onlara elə gəlir ki, bu qarşı tərəfi inandırmağın ən yaxşı yoludur.   

Nəyisə tez-tez işarə edərək göstərmək  

Bu yalan danışan şəxsin qıcıqlandığı zaman baş verir. Yalanı ifşa olunsa yalan danışan şəxs əsəbləşər və barmağı ilə ya qarşı tərəfi ya da hər hansısa bir predmeti göstərər. 

ŞƏRH YAZIN