İdarə edə bilmədiyimiz beynimiz

0
97
 İdarə edə bilmədiyimiz beynimiz

Özümüzü inkişaf etdirməyə çalışsaq belə, bəzən çətin və çıxılmaz vəziyyətə düşürük. Gözləntilərimizi bilirik amma bu gözləntilərə zidd qərarlar veririk. Bu sizi təəccübləndirməməlidir, çünki belə hallar xüsusilə gənclər arasında daha çox baş verir. İnsanlar gənclərin davranışlarını mühakimə etməyə çox tələsir amma nəzərə almalıdırlar ki, hərəkətlərimizi məqsədlərimizə uyğunlaşdırmaq həyatdakı ən çətin və karıxdırıcı anlardan biridir. Əslində bunun elmi izahı var. 

Beyinin həm şüurlu həmdə altşüur funksiyaları var və bu fərqi anlamaq mühümdür. Düşünmək beyinin şüurlu funksiyasına aiddir. Düşünən zaman beyin qaranlıq otağı aydınlandıran fanar kimi sadəcə bir yerə fokuslanır. Şüurlu beyin çox güclüdür lakin sərhədləri limitlənmişdir. Məsələn, siz eyni anda sadəcə bir neçə rəqəmi xatırlaya bilərsiniz. Gəlin sübut edək: nömrələrin yazıldığı qeyd dəftərçəsini açın, fikirləşmədən 3 nömrəni oxuyun və dəftərçəni bağlayın. Görün heç olmasa birini xatırlayırsınızmı? 
 
Bəs şüuraltı? O eyni anda bir çox məlumatı xatırlayır. Şüurlu beyin bir obyektə işıq saçan fanardırsa, şüursuz beyin isə bir anda hər şeyi aydınladan projektordur. Amma təbiiki şüursuz şəkildə baş verdiyi üçün siz bunu fərqində olmursuz. 
 
Şüurlu şəkildə düşündüyümüz zaman fikrimiz asanlıqla yayına bilər. Normal insanın diqqəti dəqiqədə 6-10 dəfə yayına bilər. Bəs şüursuz şəkildə düşündüyümüz zaman fikrimiz nə qədər yayınır? Yəqin ki, heç vaxt.
 
Bu əksər insanların fərqində olmadığı həqiqətdir. Biz şüurla verdiyimiz qərarlarımızın, düşüncələrimizin, istəklərimizin həqiqi “biz” , altşüurumuzun isə önəmsiz olduğunu düşünürük. Həqiqət belədir ki, altşüurumuz məğz etibarilə hər şeyi idarə edir.
Buna görə də, bəzi insanlar istəmədiyi həyatı yaşayır. Onlar özlərinə deyir ki, “Mən bu hala necə gəldim?” Belə insanlar həmin yerə hərəkətləri vasitəsilə gəlir və verdikləri qərarların fərqində belə deyillər. 
 
Bəs siz həyatınızı necə proqramlaşdırırsınız? Şüuraltımıza doğru qərarları verməsinə necə kömək edirsiniz? Davamlı olaraq kiçik və pozitiv addımlar atdıqca, zamanla bunlara artıq şüursuz hərəkətlərə çevriləvək. Daha sonra isə artıq bunları düşünmədən edəcəksiniz.
 
Çünki davranışlarınız vərdişə çevriləcək. 
 
Tərcümə etdi: Elmira Cahangirli

ŞƏRH YAZIN