Gec Yatanlar Daha Ağıllıdırmı?

0
5182
Gec Yatanlar Daha Ağıllıdırmı?

 Zəka və yuxu arasında əlaqə quruldu. London School of Economics-in tədqiqatları yuxu ilə zəka arasında əlaqə tapa bildilər.

Satoshi Kanazawa və qrupunun apadığı araşdırmalara görə, İQ-sü yüksək olanlar gecələr daha aktiv olur və bununla əlaqədar yatağa gec girirlər.
Əksinə zəkası aşağı olanlar isə tez yatmağı seçirlər.
 
Türk mütəxəssisləri də bu  maraqlı tədqiqatın nəticərini dəyərləndirdilər:
 
Sakoshi Kanazawa və qrupunun etdiyi axtarışa görə,IQ-sü yüksək olanlar gecələr daha aktiv olur və bununla əlaqədar yatağa gec girirlər.
Əksinə zəkası aşağı olanlar isə tez yataqda olmağı seçirlər.Türk mütəxəssisləri axtarışın maraqlı nəticələrini belə dəyərləndirdi.
 
Dr.Sabri Derman (Amerika xəstəxanası Yuxu pozğunluqları mütəxəssisi)
Maraqlı bir araşdırmadır! Yaradıcı insanların daha gec yatmağa və daha gec qalxmağa meylli olduqları çoxdan məlumdur. Digər tərəfdən irsi olaraq valideynlərimizdən bizə yatma-qalxma saatlarını və yuxu müddəti də qismən miras qalır. Bəlkədə yaradıcı insanlar ona görə cəmiyyətdə 09.00-18.00 uyğunlaşa bilmir, fiziki hərəkətdən çox zəka lazım olan, elastik işlərə yönəlmiş olurlar.
 
Dr.Hakan Kaynak (Nervpatoloq və Yuxu pozğunluqları mütəxəssisi);
Gec yatanlar daha yaradıcı, daha sənət ruhlu olurlar, digərləri iş həyatlarında daha çalışqan olurlar. Birinin başı axşam, digərinki isə günorta daha yaxşı işləyir.
 
Prof.Dr.Firuz Çelikoğlu (Həkimlər Mərkəzi Yuxu pozğunluqları Direktoru)
Əgər az yatan bir insan diqqət yuxusunu özünə görə planlaşdırırsa sağlam bir yuxu alır. Yuxunun vaxtı çox uzundursa, buna hipersomnia deyilir və bu yuxu pozğunluğunun bir parçasıdır,əgər belə bir şey varsa zəka düşüklükləri görülər.
 
Ferhat Çalapkulu (Türk Beyin komandası kapitanı)
Gec yatmağımın səbəbi; fikirləşmək və işləmək üçün daha səssiz bir yer olması.Təxminən 5 saat yatıram.Ümumiyyətlə 02.00-03.00-da yatıram. IQ-sü yüksək insanların da yuxuya daha az vaxt ayırıb beyinlərini gecə çox işlətdiklərini fikirləşirəm.
 
Emrehan Halıcı (Türk Zəka qurumu prezidenti)
IQ-sü yüksək olan insanlar xaricdən gələn hadisələrə daha həssas insanlardır.Oxumağı,yazmağı,fikirləşməyi sevən insanlardır.Gecələri dəyərləndirir və gec yatırlar.Bu düzgün təsbitdir.
 
Tərcümə etdi: Nuranə Bayramova

ŞƏRH YAZIN