Gec Yatanlar Daha Ağıllıdırmı?

0
4166
Gec Yatanlar Daha Ağıllıdırmı?

Zəka və yuxu arasında əlaqə quruldu. London School of Economics'in araşdırması yuxu ilə zəka arasında əlaqə qurdu.

Satoshi Kanazawa və qrupunun etdiyi araşdırmaya görə, IQ -si yüksək olanlar gecələri daha aktiv olur və bununla əlaqəli olaraq gec yatağa girirlər.

Əksinə zəka səviyyəsi aşağı olanlar isə erkəndən yataqda olmağı üstün verirlər.Türk mütəxəssislər də araşdırmanın maraqlı nəticələrini belə qiymətləndirdi.

Dr. Sabri Dərman (Amerikan Xəstəxanası Yuxu Pozuqluqları Mütəxəssisi)

Maraqlı bir araşdırma!

Məhsuldar insanların daha gec yatmağa və gec qalxmağa meyilli olduqları uzun zamandır məlumdur.Digər tərəfdən genetik olaraq valideynlərimizdən bizə xas yatma,qalxma saatlarını və yuxu vaxtımızın aldığımız da bilinən bir gerçekdir.Bəlkədə məhsuldar insanlar o səbəblə cəmiyyətdə 09.00-18.00 iş saatlarına uyğunlaşa bilmir, təkrarlanan əməkdən  çox zəka tələb edən, amma elastik  işlərə meylli olurlar.

Prof. Dr. Hakan Qaynaq (Nevropotoloq və Yuxu Pozuqluqları Mütəxəssisi):

Geç yatanlar daha məhsuldar, daha sənətçi ruhlu insanlar olurlar, digərləri daha məhsuldar, iş həyatlarında daha çalışqan olurlar.Birisinin beyni axşam daha yaxşı işləyir, digərinin isə  gündüz.

Prof. Dr. Firuz Çelikoğlu (Həkimlər Mərkəzi Yuxu Pozuqluqları Direktoru)

Əgər az yatan bir adam konsentrasiyasını, yuxusunu özünə görə təşkil edirsə sağlam bir yuxu alır.Yuxunun müddəti çox uzundursa, buna hipersomnia deyilir və bu yuxu pozuqluğunun bir hissəsidir, əgər belə bir vəziyyət varsa zəka zəifləməsi  müşahidə oluna bilər.

Ferhat Çalapkulu (Türk Beyin Komandası Kapitanı)

Geç yatmağımın səbəbi; düşünmək və işləmək üçün daha səssiz bir mühitin  olmasıdır. Orta hesabla 5 saat yatıram.Adətən 02.00-03.00 aralarında yatıram. IQ-su yüksək insanların da yuxuya daha az vaxt ayırıb beyinlərini gecə çox istifadə etdiklərini düşünürəm.

Emrehan Xalçaçı (Türk Zeka Vəqfinin  Başçısı)

IQ-su yüksək olan insanlar xaricdən gələn hadisələrə daha həssas insanlardır. Oxumağı, yazmağı, düşünməyi sevən insanlardır. Gecələri qiymətləndirər və gec yatarlar. Bu doğru bir hesabatdır.

 

Tərcümə etdi : Günay Məhərrəmova

ŞƏRH YAZIN