1-) Neyro Linqvistik Sürətli Oxu üçün xüsusi istedad lazımdırmı?
Qətiyyən yox! Normal zəkası olan istənilən şəxs təlimlərdə iştirak edə bilər. Bu, eyni zamanda xüsusi bir istedad deyil, sizin sahib olduğunuz potensialınızın kəşf olunaraq üzə çıxarılmasıdır.
2-) Sadəcə göz əzələlərini gücləndirməklə sürətli oxumaq mümkündürmü?
Neyro Linqvistik Sürətli oxu ilə maraqlananların ən çox verdiyi suallardan biri də budur. Biz təlimlərimizdə, xüsusi göz-beyin məşqlərindən istifadə edirik. Halbuki, bu sadəcə “Sürətli oxumaq” üçün kifayətdir. Bizə lazım olan isə, həm sürətli oxumaq, eyni zamanda oxuduqlarımızı yadda saxlamaqdır. Çünki oxumaq üçün lazım olan potensialın 5% i gözlərin, qalan 95%i isə beyinin payına düşür. Deməli, anlayaraq sürətli oxumaq üçün sadəcə göz məşqləri kifayət deyildir.
3-)Təlimlərdə istifadə etdiyiniz göz məşqləri gözlər üçün ziyanlıdırmı?
Əlbəttə ki XEYR! Sürətli oxu təlimində iştirakçılarımıza təqdim olunan göz idmanları, əksinə gözlər üçün faydalıdır. İnsanların belə yanlış düşünməsinə səbəb isə, göz məşqləri səbəbilə gözlərdə nadir hallarda yarana bilən yüngül yorğunluq hissidir. Belə fərz edək, heç idmanla məşğul olmayan və passiv həyat tərzi keçirən birisi, idmana başladığı ilk günlərdə əzələlərində ağrı hiss edir. Səbəbi isə, həmin əzələlərin güclənməsi, inkişaf etməsidir. Sürətli oxuda istifadə edilən göz məşqlərində isə, bu hal nadir hallarda müşahidə edilir, əsasən keçicidir. Adətən göz problemi olan şəxslərdə müşahidə olunur.
4-) Eynək istifadə etmək Sürətli oxu üçün əngəl törədirmi?
Gündəlik həyatınızda eynəkdən istifadə etməniz, sürətli oxuya bilməniz üçün əsla problem olmaz. Lakin, eynək taxan birinin, oxuyarkən və göz məşqlərini edərkən eynəyi çıxarmaması məsləhətdir. Əks halda, yaxşı görmədiyiniz və konsentrasiya olmadığınız üçün, bu hal oxumağınıza negativ təsir edə bilər.
Digər hallarda isə eynək taxmaq təlim üçün problem yarada bilməz.
5-) Təlim sonunda nə əldə edəcəyəm?
Təlim sonunda, oxuma sürətinizi ən az 2-3 dəfə artırmış olacaqsınız. Yadda saxlama bacarığınızı isə, 70-100% aralığında olacaqdır. Bundan əlavə, fərdi potensialınızın fərqinə varacaq, özgüvəniniz yüksələcək.
6-) Nəyə görə NLSO?
Çünki biz, ilk dəfə olaraq, NLP(Neuro Linguistic Programming) Sinir dili Proqramlaşdırması ilə, Sürətli Oxu proqramını sintez etmişik. Təlimimizdə iştirak etməklə, həm Sürətli oxuyacaq, həm fərdi potensialınızı kəşf edəcək və gücləndirəcək, eyni zamanda həyatın istənilən sahəsində istifadə edə biləcəyiniz bacarıqlar əldə edəcəksiniz.
Biz, təlimlərimizi, hər cür şəraitlə təmin olunmuş otaqlarda, peşəkar təlimçilərimizlə sizə təqdim etməkdən qürur duyuruq!..
Təlim barədə ətraflı məlumat almaq ücün aşağıdakı linkə daxil olun: