Pərəstişkarlıq Aqresivlik Yaradır

0
2001
 Pərəstişkarlıq  Aqresivlik Yaradır

Yeni araşdırma işinə əsasən idman pərəstişkarları sevimli komandalarının qələbə çaldığı halda daha aqressiv olurlar.
 
Kardif Universitetinin tədqiqatçı dəstəsi reqbi oyununa həvəs göstərən 197 pərəstişkarı dindirib.
Onlar aşkar ediblər ki, dəstək verdikləri komandanın qələbəsi bu pərəstişkarların aqressivliyini artırıb.
Tədqiqatçıların fikrincə, sevimli komandanın məğlub olduğunu görmək sevinci azaldır. Amma komandanın qələbəsi də bu sevinc hislərini artırmır.
 
Onlar stadiona daxil olan 111 tərəfdarı dindiriblər. Adamlara oyuna gəlməzdən əvvəl spirtli içki içib-içmədikləri, sevinib-sevinmədikləri və ya daha aqressiv olub-olmadıqları barədə suallar verilib.
Britaniya Sosiologiya Cəmiyyətindən Mark Cons deyir ki, yeni tapıntılar təəccüb doğurur. Çünki, adətən, məğlub olan dəstənin tərəfdarlarının daha aqressiv olacağı gözlənilir.
 
"Ümidlərin boşa çıxması aqressiyaya gətirə bilər,amma qələbəyə də psixoloji reaksiyanı dərindən öyrənmək lazımdır." 
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN