Sizin seks həyatınıza kimlər təsir edir?

0
1556
Sizin seks həyatınıza kimlər təsir edir?

Seks uğursuzluğunuzda kimisə günahlandırmaq istəyirsiniz? İlk öncə sizin seksə baxışlarınızı kim formalaşdırır onu öyrənin.

Sizin seksə münasibətiniz sizin həyat təcrübənizlə formalaşır. Əgər sizin ətrafınızdakı insanlarla münasibətləriniz müsbət şəkildə formalaşmışdırsa, bu zaman seksə münasibətiniz müsbət olacaqdır. Əgər seksə baxışınız soyuqdursa bu zaman sizin seksə münasibətinizi soyudan insanları tanımalısınız.

Valideynlər

Sizin valideynlər sizin seks həyatınıza necə mənfi təsir göstərə bilərlər. Bilərək və ya yox. İlk növbətə, siz genetik olaraq yüksək və ya aşağı libido əldə edirsiniz. İkincisi, sizin aldığınız tərbiyyə, valideynlərin münasibətləri sizin seksə münasibətinizi formalaşdırır. Dini ailədən çıxan bir uşağın seksə baxışı, misal üçün hippi ailədən çıxan uşağın baxışından fərqli olacaq.

Sizin keçmiş qadınlarınız

Demək olar ki, bütün kişilərin, keçmişdə yaddaşlarının bir küncündə daimi qalacaq seks təcrübələri olmuşdur. Keçmiş təcrübə gələcək seks həyatınıza böyük təsir göstərə bilir. Keçmiş qadınların daimi kritikası sizin seks həyatınıza mənfi təsir edə bilər.

Bəzən keçmiş sevgililərdən ayrılmaq mümkün olmadığından yeni münasibətlərin təməli qoyula bilmir.

Sizin ulduz idollarınız

İdollar – real olmayan insanlardır. Sizin şuuraltınız onları real insan kimi qəbul edir. Onların həyatı mükəmməl qəbul edilir, onlarla seks əlçatmaz olur. Real həyatda isə hər şey başqa cürdür. Və bu sizdə seksə soyuq münasibət yaradır, tərəf müqabillərinizi yetərli hesab etmirsiniz.

Böyüklər üçün kinolarla, erotika və porno ilə də şəxsi seksual həyatınızı müqayisə etməyə dəyməz. Sizdə yetərsizlik kompleksi yarana bilər.

Dostlarınız

Dostlar öz macəraları ilə sizin seks həyatınıza mənfi təsir göstərə bilərlər. Dostlara qulaq asaraq siz özünüzü onlarla müqayisə edirsiniz. Əgər onların seks təcrübələri sizin təcrübənizdən daha uğurludursa sizin bu xeyrinizə deyil, sizin özünüzə inamınız aşağı düşür.

Bəzən sizə elə gələ bilər ki, onların seks həyatı daha uğurlu və parlaqdır. Lakin hər deyilənə inanmağa dəyməz, özünüzü başqaları ilə müqayisə etməyin. Beləki, nə var odur.

 

ŞƏRH YAZIN