Evliliyin 7 müsbət cəhəti

0
2593
Evliliyin 7 müsbət cəhəti

Evlənmək istəyirsiz? Evdə təzyiqlər var? Evlilikdən çəkinirsiz? Onda məqaləni diqqətli oxuyun. Sizlərə evliliyin 7 müsbət cəhətindən danışacıq.

1. Xoşbəxtlik. Avstraliya alimləri buna zəmanət verirlər. Onların araşdırmalarına görə evli kişi öz subay həmcinsində 135%, rekorda faizlə çox xoşbəxtdir. Bunu alimlər sakit həyat və həyat yoldaşlarının qayğısı ilə əlaqələndirirlər.

2.Yüksək maaş. Virciniya Universitetinin hesablamalarına görə evli kişilər subaylardan 22% çox pul qazanırlar. Digər amerikalı alimlərin fikrinə görə kişinin evli olması karyera yüksəlişində ona lazım olan imicdir və evli olması ona daim kömək olur.

3. Daha az problem. ABŞ Ədliyyə Nazirliyinin statistikasına görə, subay insanlar 4 dəfə çox küçədə öldürülmə, soyulma, zorlanma hadisələri ilə üzləşirlər.

4. Daimi seks. 2006-cı ildə britaniyalı alimlər 38 ölkədə sorğu aparmışlar. Nəticə hər yerdə eynidir: evli kişilər subay həmcinslərindən daha çox seks ilə məşğul olurlar.

5. Asılıqsız həyat. Xoşbəxt ailə həyatı sizi alkoqol və nikotindən uzaq tutur: amerikalılar belə bir fikirdədirlər ki, alkoqolik və siqaret düşgünü olanların əksəriyyəti subay insanlardır.

6. Xərçəng riski azalır. Evliliyin ən böyük müsbət cəhəti. Subay və dul kişilər evli kişilərdən 11-16 dəfə çox xərçəng xəstəliklərindən dünyalarını dəyişirlər. Bunu norveçli alim 2007 ildə sübut edib. Kaliforniya Universitetinin mütəxəssisləri isə könüllülər üzərində 8 illik müşahidələr aparmış və bu müddət ərzində subayların ölümlə üzləşmə imkanları 88% təşkil etmişdir. Evli kişilər uzunömürlü olur!

7. Ürək nasazlıqları olmur. Yuta (ABŞ) ştatının alimləri belə bir nəticəyə gəliblər ki, sevib ailə quranların təzyiqi ideal səviyyədə olur. Əksi olan zaman, yəni xoşbəxt olmayan cütlüklərin təzyiqi daim oynayır.

 

ŞƏRH YAZIN