Qadınlarda Hansı Keyfiyyətlər Kişiləri Cəlb Edir?

0
6080
Qadınlarda Hansı Keyfiyyətlər Kişiləri Cəlb Edir?

“Kişilər bir deyil, atam balası”. Ramiz Rövşənin bu misrasını kim bilmir ki? Amma eyni məntiq qadınlarla bağlı məsələdə də doğrudur. Hərçənd bu, kişiləri az maraqlandırır. Amma mövzumuz bu deyil. Bu dəfə sizə zərif cinsin nümayəndələrinin kişilərdə maraq doğuran bir sıra xüsusiyyətlərindən danışacağıq . Başqa sözlə, bu suala cavab tapmağa çalışacağıq: Kişinin ağlını başından necə almaq olar?..

Əslində, bu çox asandır. Zəriflik, səmimilik, qayğıkeşlik, minnətdarlıq kimi xüsusiyyətlər yetər. Detallara gəlincə, materialın davamını oxuyun.

Beləliklə də, kişiləri cəlb edən qadın xasiyyətlərinin siyahısını təqdim edir:

Səmimilik

Çox zaman kişilərin qarşısına olduğumuz kimi çıxmaqdan ehtiyat edirik. Sanki, qüsurları və çatışmayan xüsusiyyətlərimizi tərəf müqabilimizdən gizlətməyə çalışırıq. Məsələn, qadınlar kişilərin xoşuna gəlmək üçün futbolla maraqlanır, final matçlarını izləyib kişilərlə müzakirə aparırılar. Lakin illər sonra qadın futboldan “iyrənir” və matçları izləmək əvəzinə həmin vaxtı alış-verişə sərf edir. Kişi isə nə baş verdiyini başa düşmür. Bəzənsə, heç dəyişikliyin fərqində də olmur. Elə buna görə də, nəyin xoşunuza gəlib-gəlmədiyini ona əvvəldən deyin. Kişilər bəyənilmək üçün edilən saxta hərəkətləri yox, səmimiliyi sevirlər. Bundan əlavə, səmimi olmaq sizin özünüzə dəyər verməyinizdən xəbər verir.

 Zəriflik

Qızların qadın nəvazişi kişiləri maqnit kimi cəlb edir. Yəqin, bu ana sevgisinə və ya güclü cinsin nümayəndələrinin özlərində olmayan zərifliyə ehtiyacından irəli gəlir. Hər nədirsə, nəticə dəyişmir: qadın nəvazişi kişiləri dəli edir. Bundan əlavə, zərif qızın yanında kişilər özünü daha güclü hesab edirlər.

Minnətdarlıq

Kişilərin etdiyi hər bir yaxşılıq və diqqətin əvəzində “çox sağ ol” deməyiniz sizi onların qarşısında daha da qiymətli edir. Buna görə də, sevgiliniz sizə gül dəstəsi verəndə və ya evin zibilini atanda hər dəfə ona minnətdarlıq etməyi unutmayın. Kişilərin dediyinə görə, onlar təşəkkürünü bildirən qadına 100 dəfədən də artıq yaxşılıq etmək istəyirlər.

Qayğıkeşlik

Kişi işdən yorğun-arğın gəlibsə, onunla münasibətləri aydınlaşdırmağa çalışmayın. Bu halda o, istəməsə belə, kobudluq göstərə bilər. Kişilərin dediyinə görə, qadınlarda anlayışın olmaması ucundan tez-tez boş yerə qalmaqal yaranır. Onların fikrincə, ideal tərəf müqabili hansı məqamda ciddi söhbətlərin, hansı yerdə isə susmağın lazım olduğunu bilməlidir. Əlbəttə, qayğıkeşlik özündə həm də başqa keyfiyyətləri əks etdirir. Məsələn, kişi xəstəlibsə, işə getməzdən əvvəl onun cibinə dərman qoyun.

Gülərüzlülük

Sözsüz ki, hər zaman gülərüz olmaq mümkün deyil. Lakin kişilərə daim pozitiv və onları hər şeyin yaxşı olacağına əmin edən qadın lazımdır. Ağlayan, daim həyatından şikayət edən, hətta iri gül buketi alarkən yalnız onun qiyməti ilə maraqlanan qadın hər bir kişini qorxudur. Elə çox vaxt da münasibətlər belə şeylərə görə korlanır.

Kişi qadınına baxanda ondan ruh yüksəkliyi almaq istəyir.

Dinləmə qabiliyyəti

Kişilər danışarkən qadının ona maraqla baxmasını istəyir. Onun sözünü kəsən, əsnəyən, söhbəti dəyişən qadın kişilərdə qıcıq yaradır.

İnanmaq bacarığı

Kişi əgər bir dəfə sizi məyus edibsə, bunu ona hər dəfə xatırlatmaq və ya yaşanmış situasiyanı şişirdib hadisələri gərginləşdirmək lazım deyil. Kişilər etmədiyi şeyə görə özünü təmizə çıxarmağı sevmir. Bundan əlavə, inamsızlıq göstərib hər 15 dəqiqədən bir zəng etməyiniz də onu özündən çıxara bilər.

ŞƏRH YAZIN