Yaxşı ər olmağın 50 qaydası

0
3610
Yaxşı ər olmağın 50 qaydası

Ər olmaq asan iş deyil. İdeal ər olmaq isə demək olar ki, mümkünsüzdür. Çətinlik onda deyil ki, siz bacarmırsız, sadəcə siz qaydasını bilmirsiniz. Beləki, kişilər və qadınlar bir məsələyə tam fərqli gözlə baxırlar. Bu səbəbdən anlaşılmazlıqlar, söz ayrılıqları baş verir.

Biz kişilərə Onların nə istədiyini başa düşmək üçün, Onların susduqları halda belə nə düşündüklərini bilmək üçün, ailədə sevgi və hörməti saxlamaq üçün ər olmağın 50 qaydasını bilmək lazımdır. Beləliklə:

1. Evə dönəndə ilk işinizi yoldaşınızı öpüb qucaqlamalısınız.

2. Yoldaşınızdan günü necə keçirdiyini soruşun, onun etdiklərinə maraq göstərin.

3. Qulaq asmağı və sual verməyi öyrənin.

4. Onun problemlərinə pis olmaqdansa, həll edilməsinə kömək edin.

5. Mütləq gün ərzində yoldaşınızla söhbət etməyə vaxt ayırın. Bu zaman çərçivəsində televizor, mobil telefon, internetdən uzaq olun.

6. Yoldaşınıza gül alın. Bunun üçün mütləq səbəb olmamalıdır. Sürpriz edin.

7. Tətil günlərini necə keçirmək istəyini yoldaşınızdan cümə günü yox, həftə içi soruşun və plan qurun.

8. Əgər yoldaşınız yorulub və yemək bişirməyə gücü qalmayıb isə ona köməyinizi təklif edin.

9. Yoldaşınıza gözəl sözlər deyin.

10. O, hirsli və ya kədərli olan zaman onun hisslərinə hörmət edin.

11. Yoldaşınız yorğunsa ona köməyinizi təklif edin.

12. Gecikirsinizsə evə zəng edib xəbər verin.

13. Yoldaşınız kömək istəsə gəbul edin, əgər kömək etməyə imkan yoxdursa imtina edin, lakin sizdən kömək istədiyi üçün ona acıqlanmayın.

14. Əgər yoldaşınızın hissləri ilə oynamısınızsa, ondan üzr istəyin və sakit kənara çəkilin. Günahkar olmadığıvızı sübut etmək onu daha da hirsləndirəcək (onsuz da sübut edə bilməyəcəksiniz).

15. Əgər kefiniz yoxdursa, özünüzü ələ alandan sonra yoldaşınızla dərdinizi bölüşün.

16. Əgər qab-qacağı yoldaşınız yuyursa, vaxtaşırı ona kömək edin və siz yuyun.

17. Evdən çıxarkən yoldaşınızdan ehtiyacını soruşun, istədiyini unutmayın.

18. Yoldaşınıza işdən zəng vurun, onunla maraqlanın, hərdən sadəcə “Səni sevirəm” deyin.

19. Yoldaşınıza “Səni sevirəm” cümləsini gündə ən azı iki dəfə deyin.

20. Əgər yoldaşınızı kimsə özündən çıxardıb, onun tərəfini tutun.

21. Massaj təklif edin.

22. Sığal çəkin.

23. Cəmiyyətdə olan zaman yoldaşınıza başqalarından daha çox diqqət yetirin.

24. Birgə teatra, kinoya, onun sevdiyi yerlərə gedin.

25. Yoldaşınız evdən çıxarkən gecikirsə anlayışlı davranın.

26. Yoldaşınıza kiçik hədiyyələr edin.

27. Yoldaşınıza paltar alın. Bir çox qadınlar paltarı geyinib almağın tərəfdarı olsalar da, bu jestinizi yoldaşınız qiymətləndirəcək.

28. Əlamətdar günlərdə yoldaşınızın şəklini çəkin.

29. Qısa romantik gəzintilər və şam yeməkləri təşkil edin.

30. Yoldaşınızın şəklini pul qabınızda gəzdirin.

31. Əlamətdar günlərdə yoldaşınıza məktub yazın.

32. Yoldaşınızın xarici görünüşünə diqqət yetirin, bu barədə fikirlərinizi söyləyin, xoş sözlər deyin.

33. Sevgi məktubu və ya şeiri yazın.

34. Onunla ilk gün olduğu kimi rəftar edin.

35. Kişi ev işlərindən qaçmayın, nələrin təmirə ehtiyacı olduğunu öyrənin.

36. Hamamı arxanızca təmiz saxlayın.

37. Yoldaşınıza qapıları siz açın.

38. Səfər zamanı baqaja siz nəzarət edin.

39. Yoldaşınızın bişirdiyini qiymətləndirin.

40. Yoldaşınız sizinlə danışanda ona baxın.

41. Hal-əhvalı ilə maraqlanın.

42. Çalışın eyni saatda yatasınız.

43. Gedərkən yoldaşınızı öpün.

44. Zarafat edəndə gülün.

45. Sizin üçün nəsə edəndə həmişə “çox sağ ol” deyin.

46. Onunla tək qalmağa zaman ayırın.

47. Yoldaşınıza onun üçün darıxdığınızı hiss etdirin.

48. Əgər evə bazarlığı yoldaşınız edirsə, köməyinizi təklif edin.

49. Tualetdə oturacağı dalınızca aşağı salın.

50. Bu siyahını yoldaşınıza verin əlavələri varsa etsin.

Ən əsası insan olmaq, sevmək, başa düşmək, ona qayğı göstərməkdir.

ŞƏRH YAZIN