İşçiləri motivə etmək və işçilərdən daha çox fayda əldə etmək üçün çoxlu qaydalar vardır. Sistematik olaraq istifadə olunan texnikalarla işçilər motivə edilə bilər. Bunun nəticəsində isə həm, işin səmərəsi artcaqdır həm də ki, işçilərin əhvalı hər zaman yüksək olacaqdır. Işçilərin əhvalını yüksək tutmaq, onları işdən qovmaqla təhdid etməkdən daha əlverişli olar. Işçiləri qorxudsanız , sizin yanınızda var gücləri ilə çalışarlar. Ancaq, siz olmayanda isə sizə zərər vermək üçün əllərindən gələni edərlər. Buna görə də, işçilərə daim ümid verici sözlər demək və onları inandırmaq lazımdır. Ən yaxşı nəticələr belə əldə edilir. İşçilərinizlə tez-tez ünsiyyət qurun. İşləri böyüdəcəyinizi və maaşları artıracağınızı deyə bilərsiz. Həftəlik, aylıq gəzintilər təşkil edə bilər, xərcləri qarşılaya bilərsiz. Bu cür şeylər işçilərlə sizin aranızda güclü bir bağ yaradar.
İşçi motivasiyası
Müdirlərin bir digər səhvi bir işi iki işçiyə eyni vaxtda verməsidir. Bu zaman işçilər arasında konfilikt yarana bilər. Konfiliktli şəraitdə isə işin səmərəsindən söhbət belə gedə bilməz. Işçilərin arasında birini digərlərindən daha üstün göstərmək onların xətrinə dəyə bilər. Bu da sizə qarşı nifrəti artırar və işçi sizin üçün yox sizə qarşı çalışar.
Tərcümə etdi: ƏSGƏRLİ SƏMRA