Pis Şeylər Haqda Fikirləşməyin!

0
3227
 Pis Şeylər Haqda Fikirləşməyin!

Həyatımızdakı bütün pis fikirlər həyatımızı daha da çətinləşdirir.  Pis şeylər haqda fikirləşmək həmişə bizə pis hadisələri gətirir...
Bu səbəbdən hadisələrə baxarkən və onları qiymətləndirərkən pozitiv olmaq, pozitiv fikirləşmək lazımdır. Həyatınızdakı bütün pis təcrübələr istəmədiyiniz şeylər haqqında daima fikirləşməkdən qaynaqlanır.  Biz bu neqativ davranışları təkrar edərək daha pis nəticələr əldə edirik...
 
Əslində davranışlar bizim tərəfimizdən yönləndirilə bilər.Lakin,davranışlarımızı yönləndirmək üçün həyata baxışımızı dəyişdirməliyik. Bunun idarəçiliyi yalnız bizim əlimizdədir. Biz necə istəyiriksə, o cür inanc yarada bilərik.
 
Fikirlərimizi, fiziologiyamızı,davranışımızı dəyişməklə buna nail ola bilərik. Neqativ düşüncələrimizi pozitiv düşüncələrə çevirə bilərik.
 
Şəxsi inkişaf seminarlarında bu movzuda çoxlu biliklər verilir. Neqativ davranışların və düşüncələrin bizə heç bir xeyri olmadığını anlamalı və bunları pozitiv istiqamətdə dəyişməliyik.
 
Emerson deyir ki,” Hər hərəkətin başı düşüncədir ”. Emerson hər mövzuda olduğu kimi, bu mövzuda da haqlıdır. Iç dünyamızdakı ünsiyyəti həmişə idarə altinda tutaraq, istədiyimiz şey haqqında fikirləşərək yaxşı nəticələr əldə edə bilərik.
 

ŞƏRH YAZIN